Rakus.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 1373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib, 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.