Azərbaycanda 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Rakus.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1162 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128.807 test aparılıb.