Azərbaycanda koronavirus infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb.
Rakus.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.