Azərbaycanda 352 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Rakus.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 9570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 115 nəfər vəfat edib, 4146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.