Daha bir oyun təxirə salındı
Avrokuboklarda daha bir oyun koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Rakus.az xəbər verir ki, bu gün keçirilməli olan “Tre Penne” (San-Marino) – “Qjilani” (Kosovo) görüşü baş tutmayacaq.
Kosovo təmsilçisində bir futbolçunun koronavirus testinin pozitiv çıxması səbəbindən UEFA belə qərar verib.
Maraqlıdır ki, Kosovonun avrokuboklardakı 3-cü komandasında da koronavirus aşkarlandığından, oyun keçirilməyib.
Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin “Linfild” (Şimali İrlandiya) – “Drita” (Kosovo) qarşılaşması öncəsi yaranmış analoji problemə görə ikincilərə texniki məğlubiyyət verilib.
Avropa Liqasının ilk mərhələsinin “Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo) görüşü isə avqustun 22-nə keçirilib və Kosovo təmsilçisinin yalnız B komandasının meydana çıxmasına icazə verilib.