Siyasi 12.07.2024 22:44

“Daşnakların təsiri altında yaşamaq çox çətin idi” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Bizim təhsil və idman uğurlarımızı hayların gözü götürmürdü” adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Arçut kənd sakini Əflatun Məmmədovun həyat hekayəsinə həsr olunub.

 

O, uşaqlıq, orta məktəb illərindən, kənd həyatından söz açıb: “Kəndlə bağlı xatirələrimiz çox əzizdir, bizim üçün çox doğmadı. Yayı, yazı, payızı, qızşı özünəməxsus idi. Ucqar Böyük Qarakilisənin Arçut kəndində adət-ənənələri, elin gözəl dəyərlərini, mənəvi keyfiyyətlərini yaşatmaq özü bir müqəddəs amal idi. Biz üç-dörd min əhalisi olan Arçud kəndində maraqlı həyat tərzi keçirirdik”.

 

Onun sözlərinə görə, rayonlararası olimpiadalarda, idman yarışlarında ermənilərin bizə qarşı çirkin niyyətləri, yuxarıdan aşağı baxması xatirələrimdən çıxmır: “Böyük Qarakilsədə böyük stadion var idi. Biz orada çoxnövlük, yüngül atletika yarışlarına cəlb olunmuşduq, yaxşı nəticələr göstərmişdik. Bizim idman yarışında iştirak edənləri ermənilər əhatəyə aldılar. Kəndə gedən avtobusumuzu devirməyə çalışdılar. Onlar bizim müvəffəqiyyəti, göstəricilərimizi narahatlıqla qarşılayırdılar, gözləri götürmürdü. Onların bu niyyəti, ikilistandartı, bizə qarşı yönlənən xəbis, riyakar, çirkin bu əməlləri  1988-ci il deportasiyası ilə nəticələndi”.

Ermənilərin içində yaşamağın çox çətin olduğunu deyən Ə.Məmmədov bildirib ki, camaatın, sakinlərin hüquqları tapdanırdı: “Orada həyatımızı sürdürmək üçün mümkün  olan davranışı,  hərəkətləri edirdik ki, orada təhlükəsiz yaşayaq. Fəqət, bu bu həyat çox da sürmədi. Kəndin məşəqətli günləri başladı, artıq deportasiya illərini yaşamağa məhkum edildik. 1988-ci ilin Hamamlı, Spitak deyilən zəlzələsi bizim  qurtuluşumuz oldu”.

O, 6 nəfərlik ailə üzvlərinin anasının himayəsində çətin günlərdən keçdiyini vurğulayıb: “Siptak zəlzələsindən sonra mən Bakıdan Qazağa gəldim. Kənddə komendant saatı idi. Bizi hərbçilər qarşıladı və konkret vaxt verdilər ki, səhər saat 6-da çıxmalısınız. Biz də axşam saat 7-də gəlib çıxmışıq. Soyuq qış günü, zəlzələ olmuşdu. Biz 1988-ci il dekabrın 8-də, zəlzələdən sonra bir-iki gün içində çıxdıq. Biz hamımız “Kamaz” markalı yük maşını ilə Qazağa, oradan da Bakıya gəldik”.

 

Arçut sakini 1918-ci illərdə yaşanan Vartana vəhşəti zamanı ermənilərin qoca, cavan, üşaq, körpə, hamilə qadınları məscidə yığıb yandırdığını, 1918-ci ildəki ilk deportasiyada qaçqın, köçkün düşənlərin Türkiyəyə qaçdığınıi, Arpa çayını keçən zaman insanların çaya düşüb boğulduğunu və xeyli itikələr olduğunu söyləyib.

O sonda vurğulayıb ki, ora ilə bağlı keçmişimiz, dəyərlərimiz bizi Qərbi Azərbacana hər vəchlə səsləyir: “Biz ona görə qayıtmalıyıq ki, o torpağın sahibi bizik. Əzəli dədə-baba torpağımızdır. Orada mənim babamın qəbri yatır. Torpaq babaların ruhudur, ulularımızın bizə mirasıdır. Biz tez-gec o torpağa qayıdacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 12-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO