İdman 21.09.2019 13:52

DÇ-da iki güləşçimiz yarımfinala yüksəldi

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Rakus.az xəbər verir ki, səkkizinci yarış günündə sərbəst güləş üzrə son çəki dərəcələrində – 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib. Azərbaycan güləşçilərindən ikisi adını yarımfinala yazdırıb.

Yarışa 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov (61 kq) sensasiyaya imza ataraq kubalı dünya çempionu Yovlis Bonne Rodrigerə 7:0 hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib. Lakin o bu uğurunu növbəti mərhələdə davam etdirə bilməyib. Yarımfinala gedən yolda Behnam Eşaq Ehsanpur (İran) təmsilçimizi 13:12 hesabı ilə məğlub edib.

Cəbrayıl Həsənov (79 kq) da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisi Dmitri Tkaçenkonu 7:0 hesabı ilə yenərək 1/4 finala adlayıb. İkinci qarşılaşmasında Qalimjan Usserbayevlə (Qazaxıtsatn) üz-üzə gələn pəhləvan yarımfinala yüksəlməkdə çətinlik çəkməyib. O, bu dəfə rəqibinə 13:4 hesabı ilə qalib gəlib. C. Həsənov yarımfinalda Taymuraz Salkazanovu (Slovakiya) sınağa çəkəcək.

Aleksandr Qostiyev (86 kq) ilk görüşdə Özbəkistan idmançısı Cavrail Şapiyevə 1:4 hesabı məğlub olub. Onun rəqibi isə finala yüksələ bilmədiyindən güləşçi yarışla vidalaşıb. Bu təmsilçimizi Olimpiya lisenziyası qazanmaqdan da məhrum edib.

Şərif Şərifov (97 kq) təsnifat mərhələsində koreyalı Minvon Seonu üstələyib – 4:1. Olimpiya, dünya və Avropa çempionu Ukrayna güləşçisi Valeri Andreytsova da gücünü göstərərək (4:0) adını 1/4 finala yazdırıb. O, yarımfinal üçün Elizbar Odikadze (Gürcüstan) ilə qüvvəsini sınayıb və bu görüşdən də qalib ayrılıb – 6:0. Bu qələbə Ş. Şərifova həm yarımfinala, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə verib.

Bu çəki dərəcələrindən 86 kq və 97 kq-da ilk “6-lıq”da yer alacaq güləşçilər Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ da qazanacaqlar.

Qeyd edək ki, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurub. Yığmanın heyətində Mariya Stadnik (50 kq) qızıl, Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Elis Manolova (65 kq) bürünc medal qazanıb. M. Stadnik çempion olmaqla yanaşı, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı da təmin edib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO