Siyasi 13.05.2020 18:00

Prezidentin köməkçisi bütün MƏTLƏBLƏRƏ aydınlıq gətirdi - FOTO - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında bütün mətləblərə aydınlıq gətirib.

Rakus.az xəbər verir ki, o, sərhədə toplaşan vətəndaşlarla bağlı açıqlamasında həftə ərzində 400-450 nəfərin xaricdən Azərbaycana gətirilməsinin planlaşdırıldığını deyib.

O bildirib ki, bu vəziyyət hər zaman dəyişə bilər: “Son günlər ölkə daxilində koronavirusa yoluxan şəxslərlə bağlı rəqəmlərin artması tendensiyası müşahidə edilir. Aprel ayının əvvəlində xaricdən gələnlərin azalması nəticəsində səhiyyə işçiləri yerli ocaqlar üzərində işləyə bildi. “Evə gedirəm” portalı ilə qeydiyyatdan keçən vətəndaşların ölkəyə gəlməsi xüsusi qrafiklə həyata keçiriləcək. Amma vətəndaşların sərhədə gəlməsi və insanların iş prosesinə mane olması qəbulolunmazdır. Bu günlərdə Rusiya vətəndaşlarının Azərbaycandan çıxması üçün xüsusi koridor yaradılır.

H.Hacıyev Azərbaycan-Rusiya sərhədindəki vətəndaşlarımızla bağlı açıqlamasında koronavirus pandemiyası dövründə müəyyən olunmuş qrafik çərçivəsində vətəndaşlarımızın Azərbaycana gətirildiyini deyib.

Onun sözlərinə görə, “Evə gedirəm” portalında qeydiyyata düşən vətəndaşların birinci hissəsi təyyarə ilə Rusiyadan gətirilib: “Mayın 5-də İrandan 94 nəfər, 7-də isə İstanbuldan iki çarter reyslə 212 nəfər ölkəyə gətirilib. Mayın 8-də 50 nəfər Daşkənddən, 11-də 52 nəfər Baltikyanı regionlardan, 12-də isə Moskvadan xüsusi təhsil müəssisələrində təhsil alanlar Azərbaycana gətirilib. Mayın 12-də həmçinin, Minskdən də 124 vətəndaşımız ölkəyə gətirilib. Mayın 14-də isə 198 nəfərin Kiyevdən gətirilməsi nəzərdə tutulur. Bundan öncə Azərbaycan-Rusiya quru sərhədindən 540-dan çox Azərbaycan vətəndaşının ölkəmizə gətirilməsi təmin edilib. Onlar xüsusi karantin zonasında yerləşdirilir. Bunun üçün dövlət tərtəfindən dörd və beşulduzlu hotellər ayrılıb”.

PA rəsmisi vurğulayıb ki, 18-31 may tarixlərində xaricdə olan vətəndaşlarımız Azərbaycana gətiriləcək. Bununla bağlı plan hazırlanıb: “MDB, Avropa İttifaqına üzv olan və olmayan qitə ölkələrində qalan vətəndaşlarımız gətiriləcək”.

Azərbaycan bu ölkələrə humanitar yardım göndərir 

“Azərbaycan tərəfindən Serbiya Respublikasına humanitar yardım edilməsi nəzərdə tutulur. Bu, artıq icra olunmaq üzrədir: “Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyi tərəfindən ölkəmizə müraciət daxil olub. Müraciət hazırda qiymətləndirilir. Yardımın maliyyə formasında verilməsi nəzərdə tutulur. Bundan əvvəlki dövrdə bu agentliyə maliyyə yardımları həyata keçirilib”.

“Vizaların verilməsi və məhdudlaşdırılması prosesi hələ də qüvvədə qalır”.

Hikmət Hacıyev bildirib ki, hazırda xüsusi karantin rejimi qüvvədədir: “Qlobal miqyasda qonşu dövlətlərdəki vəziyyət də nəzərdə saxlanılır. Ümumi vəziyyətə uyğun olaraq, bu sahədə addımların atılması prosesinə baxıla bilər”.

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO