Müsahibə 20.05.2024 22:10

“Deportasiya olunan azərbaycanlıların Qarabağda məskunlaşmasına icazə verilmədi” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Əvəz Ələkbərov olub.

O, anadan olduğu Çəmbərək rayonunun Cil kəndindən söhbət açıb. Bildirib ki, gözəl və füsunkar təbiəti, barlı-bəhrəli bağları, məhsuldar torpağı ilə daim xatirələrində yaşatdığı Cil kəndini tez-tez yuxularında görür. Ə.Ələkbərov Cil sakinlərinin zəhmətkeşliyindən, doğmalığından danışıb. Bildirib ki, Qərbi Azərbaycanda hər addımda ermənilərin ayrı-seçkiliyinə məruz qalan, onların yaratdıqları süni çətinliklərlə üzləşən, hətta ikinci dərəcəli insan kimi qarşılanan soydaşlarımız yaranmış vəziyyətdən yeganə çıxış yolunu təhsil almaqda görüblər. Bundan irəli gələrək, dərslərini yaxşı oxumaq, ali məktəbə qəbul olmaq yeniyetmə və gənclərin əsas hədəfi olub. Cil kənd sakinləri ali təhsil alan gənc həmkəndlilərinə xüsusi hörmət və rəğbətlə, böyük ümidlə yanaşıblar.

Ötən əsrdə Qərbi Azərbaycanda törədilən soyqırımı və deportasiyalara toxunan professor Ə.Ələkbərov 1918-1920-ci illərdə silahlı daşnak-erməni quldur dəstələri tərəfindən Cil kəndində böyük qırğınlar törədildiyini dilə gətirib. Alimin sözlərinə görə, sonrakı dövrlərdə də bölgədə yaşayan azərbaycanlılar təqib olunub, doğma el-obasınından didərgin salınıb. O, buna nümunə kimi 1948-1953-cü illərin deportasiyasını misal çəkib. Qeyd edib ki, Qərbi Azərbaycanda səfalı təbiətində yaşayan sakinləri yük vaqonlarında, hətta ev heyvanları ilə birlikdə Sovet Azərbaycanının aran rayonlarına daşıyıblar. Bu məcburi köçə məruz qalan azərbaycanlıların böyük hissəsi iqlimi dəyişdiyinə, şəraitsizliyə və digər qeyri-insani rəftarlara görə dünyasını dəyişib. Deportasiya olunanların bəzisi məskunlaşdığı əraziyə zamanla uyğunlaşsa da, bir qismi Stalinin ölümündən sonra təkrar ata-baba torpağına qayıdıb, yeni yurd-yuva salıb. Lakin erməni millətçiləri 1980-ci illərin sonunda onları yenidən deportasiyaya məruz qoyublar.

Professor Ə.Ələkbərov 1988-ci il deportasiyasına kimi ata-anasının Cil kəndində yaşadığını diqqətə çatdırıb. Deyib ki, həmin ilin noyabr-dekabr aylarına qədər soydaşlarımız daim ermənilərin təzyiqləri, fiziki-mənəvi zorakılıqları ilə üzləşiblər. Alimin sözlərinə görə, hətta Cil sakinləri gecələr kənddə növbə çəkiblər ki, yaşayış məntəqəsinə ermənilər hücum edəndə onların qarşısını zamanında ala bilsinlər, qadın, uşaq və qocalar qorunsun, təsərrüfata və evlərə ziyan dəyməsin, ölüm-itim olmasın.

O, Əbdürrəhman Vəzirov hakimiyyətinin deportasiya olunan azərbaycanlıların Qarabağda məskunlaşdırılmasına qarşı çıxmasından təəssüf hissi ilə danışıb. Söyləyib ki, həmin dövrdə təkcə Çəmbərək rayonunu 20 mindən çox azərbaycanlı zorla tərk etmək məcburiyyətində qalıb. Professorun qənaətincə, əgər o vaxt Qərbi azərbaycanlıların heç olmasa 50 min nəfəri Qarabağda məskunlaşdırılsaydı, sonrakı illərdə 20 faiz ərazimizin işğal faktı yaşanmazdı.

Sabiq maliyyə naziri Qərbi Azərbaycan iqtisadiyyatının formalaşmasında soydaşlarımızın oynadığı mühüm roldan da bəhs edib. Bildirib ki, sovet dövründə kənd təsərrüfatında azərbaycanlıların payı və zəhməti 85 faiz təşkil edib. Onun sözlərinə görə, əgər təhlükəsiz və ləyaqətli şəkildə ata-baba yurda qayıtmaq mümkün olacaqsa, azərbaycanlılar o torpaqları dirçəldə, oraya yenidən həyat qaytara, iqtisadiyyatı inkişaf etdirə bilərlər. Çünki hər bir Qərbi azərbaycanlı tarixi torpaqlarımıza qayıtmaq ümidi ilə yaşayır, öz el-obasını çox sevir. İndiki Ermənistan rəhbərliyi bu barədə ciddi-ciddi düşünməlidir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasında bir qrup ziyalı ilə görüşməsindən söhbət açan professor Ə.Ələkbərov vurğulayıb ki, ölkə rəhbərinin həmin tədbirdə səsləndirdiyi fikirlər dünya azərbaycanlıları üçün mühüm mesajdır. Alimin sözlərinə görə, dövlət başçısının ideya və təşəbbüslərinin reallığa çevrilməsi üçün ciddi tədqiqatlar aparılmalı, Qərbi Azərbaycan həqiqətləri bütün dünyaya çatdırılmalı, tarixi torpaqlarımıza dönmək üçün sivil qaydada mübarizəmizi davam etdirməliyik.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 20-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO