Siyasi 27.06.2019 17:33

Deputat AŞPA-da miqrant uşaqlarla bağlı rəy bildirdi

AŞPA-nın “Avropada uşaq yoxsulluğuna son qoyulması”, “Silahlı münaqişələrdən təsirlənən uşaqların müdafiəsi” və “Təməl səbəblərə qarşı mübarizə yolu ilə uşaqların radikallaşmasının qarşısının alınması” üzrə məruzəçisi kimi, uşaq hüquqlarının qorunmasına çox əhəmiyyət verirəm və bu mühüm hesabata töhfə vermək mənim üçün böyük şərəfdir.

Silahlı qarşıdurmalar nəticəsində uşaqlar və onların ailələri daha yaxşı və daha təhlükəsiz həyat axtarmaq üçün evlərini tərk edirlər, lakin yeni məkan xoşbəxt həyata zəmanət vermir. Uşaqlar müxtəlif çətinliklərlə və yoxsulluqla üzləşirlər. Çətin sosial və maliyyə şəraitində yaşamaq onların radikallaşmasına səbəb olur. Bu hesabat miqrant uşaqların bütün bu problemlərini bir araya gətirib və üzv ölkələrə düzgün mesajlar göndərir. Bu səbəbdən irəli sürülən təşəbbüsü və işləri yüksək qiymətləndirirəm.

Rakus.az xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyasında “Miqrant uşaqlara qarşı zorakılıq və onların istismarına son qoymaq” adlı məruzənin müzakirələri zamanı bu mövzu üzrə rəyçi məruzəçi, nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva söyləyib.

Deputat bildirib ki, miqrant əhali arasında müşayiət olunmayan uşaqların sayı sürətlə artır və bu, ciddi narahatlıq doğurur. Minlərlə uşaq Avropa məkanında həbsxanaya bənzər şəraitdə yaşamalı olur. Bu vəziyyət cəmiyyətlərimiz daxilində zorakılıq və münaqişələri artıra bilər. Bu məsələdə maliyyə dəstəyi vacibdir. Lakin fərdi üzv dövlətlər miqrant probleminin həllinə böyük həcmdə maliyyə resursları cəlb etsələr də, daha güclü siyasi öhdəliyə və uşaqların rifahının prioritet elan olunmasına ehtiyac var.

Azərbaycanlı deputat məruzəçinin təhlükəsiz, hüquqi və müntəzəm miqrasiya üçün kanallar yaradılmasını və bununla uşaqlar, onların ailə üzvləri üçün təhlükəsizlik tədbirlərini gücləndirməyi vacib saymasını yüksək dəyərləndirib. Vurğulayıb ki, ailənin birləşməsi bu prosesin vacib bir hissəsidir. Deputat Avropa Şurasının insan haqları üzrə keçmiş komissarı Nils Muiznieksin Avropa İttifaqının “Ailə birləşməsi normativləri”nin tətbiqinin tez-tez mübahisələr doğurmasına və Dublin Ailə Birliyinin təmin edilməsində təsirli olmamasına diqqət çəkib. Bildirib ki, keçmiş komissar müvafiq qanunlar, siyasət və təcrübənin nəzərdən keçirilməsi üçün 36 tövsiyə hazırlayıb və bu sahədə məhdudiyyətlərin ləğv edilməsinin vacibliyini vurğulayıb. S.Fətəliyeva ölkələri müvafiq qanunvericiliyin nəzərdən keçirilməsi zamanı həmin tövsiyələrdən faydalanmağa dəvət edib. O, bu sahədə müxtəlif tədbir və öhdəliklərin tətbiqinin müsbət nəticələr verdiyini diqqətə çatdırıb, bu tədbirlərin aidiyyəti uşaqların, cəmiyyətlərin rifahının yaxşılaşdırılmasında potensialından danışıb. Belə tədbirləri inkişaf etdirmək və müvafiq siyasəti həyata keçirmək üçün siyasi iradə və resursların əhəmiyyətinə toxunub. Qeyd edib ki, uşaqlara sığınacaq imkanları və digər hüquqlar barədə yaşlarına uyğun məlumatlar verilməlidir.

Azərbaycanlı deputat təklif edib ki, Assambleya Avropa Parlamentini Avropa İttifaqının ünvanlı yardımını və miqrasiyanın idarə edilməsinin üçüncü ölkələrə həvalə edilməsini nəzərdən keçirməyə çağırsın. Bu addım həmin ölkələrdə miqrantlara qarşı qeyri-insani və alçaldıcı davranışlara, onların təməl hüquqlarının təmin edilməməsinə və uşaqların kəskin zorakılıq və məhrumiyyətlərə məruz qalmasına son qoyar.

Diqqətə çatdırıb ki, Assambleya miqrasiya kontekstində uşaqların həbsxanada saxlanmasına qarşı mübarizə aparır. Miqrant uşaqlar üçün qəbul mərkəzləri həbsxana tipli olmamalı, açıq qurumlar olmalı, onların saxlanmasına haqq qazandırılması kimi yanlış anlaşılmamalıdır. Ən həssas qrupları xüsusi diqqətdə saxlamaqla uşaqların hüquqlarının qorunmasını təmin etməyə və daha təhlükəsiz dünya qurmağa imkan verəcək.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS