Deputat futbol klublarına təklif verdi
“Traxtor”un oyunçusu Mehdi Bəbri “Barış Pınarı” hərəkatına dəstəyini göstərərək İnstagram səhifəsində Türk əsgərinə salam göndərdiyinə görə İranda futboldan uzaqlaşdırılmış və bu paylaşımı silməyə məcbur edilmişdir.
Rakus.az xəbər verir ki, bununla bağlı millət vəkili Fazil Mustafa maraqlı bir təklif verib. Onun fikrini olduğu kimi təqdim edirik:
“Əlbəttə, bəyənməsək də, bu İranın daxili işi olduğuna görə həmin qərarın şərhini vermək istəməzdim İndi buyurub Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan anlamlı bir addım atsın: Türkiyənin öncə gələn klublarına müraciət etsin ki, “Traxtor”un oyunçusu Mehdi Bəbrini yüksək transfer məbləği qarşılığında öz klublarına gətirsinlər. Tərcüməçiyə ehtiyac duyulmayacaq, çünki bu Bəbir Mehdi də özbəöz türk dilində danışacaq və bu ürəklə hamıdan daha çox Türkiyə və Türk üçün oynayacaq!!! Bunun Türk əsgərinə və bütövlükdə Türk millətinə gətirəcəyi moralı izah etməmizə gərək varmı? Yeri gəlmişkən, bunu “Qarabağ” da edə bilər. “Qarabağ” büdcəsi azdır deyə, bu işi ilk öncə Türk klublarının boynuna qoymaq istədim…”