Siyasi 20.11.2019 19:48

YAP-ın uğurları göz qarşısındadır – Deputat

21 noyabr 1992-ci il -Azərbaycan ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrindən biridir. Məhz həmin gün, müstəqil ölkəmizin inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Məhz, 27 il əvvəl xalqının ictimai-siyasi, mədəni-mənəvi və intellektual intibahında əvəzsiz yeri olan Yeni Azərbaycan Partiyası bir siyasi təşkilat kimi təşəkkül tapmağa başlayıb. Əslində,Yeni Azərbaycan Partiyasının 27 illik tarixi, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyib.

Rakus.az xəbər verir ki, millət vəkili, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Nəmzəyev daha sonra bildirib ki, bu gün böyük ruh yüksəkliyi ilə qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının 27-ci ildönümü haqqında danışarkən ilk növbədə dünyaşöhrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafı, tərəqqisi göz önündən kino lenti kimi keçir, ulu öndərin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri hörmətlə, ehtiramla anılır.

Zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi təşkilat olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq edib.Yeni siyasi fəlsəfə ilə, yeni baxışlarla ölkənin siyasi meydanına qədəm qoyan partiya qısa bir zamanda böyük və nüfuzlu siyasi təşkilat olduğunu sübut edib. Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin dedyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib.

Öz şərəfli tarixi missiyasını ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib. Bu gün də Yeni Azərbaycan Partiyası ölkə Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edir, ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirir.

27 ildə Yeni Azərbaycan Partiyasının uğurları, qələbələri hər kəsin gözü önündə olub. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, eyni zamanda Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi xətt xalqın partiyaya sevgisini günbəgün artırıb.

Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” fikirləri hər bir dövr üçün aktuallığını qoruyur. Partiyanın 252 ərazi ilk partiya təşkilatında 43478 nəfər partiya üzvünü birləşdirən Gəncə şəhər təşkilatı da böyük inkişaf yolu keçərək, öz sıralarını daim genişləndirib, partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib. 1993-cü il 23 iyul tarixindən dövrün təzyiqlərinə, qadağalarına baxmayaraq, Ulu öndər Heydər Əliyev ənənələrinə sadiq bir qrup təəssübkeşin iştirakı ilə təsis edilən Gəncə şəhər təşkilatı fəaliyyət göstərdiyi illər ərzində kəmiyyətcə böyüyüb, inkişaf edib ideoloji iş təcrübəsini təkmilləşdirib.

Sevindirici haldır ki, təşkilatının üzvlərinin 55,8 faizini savadlı, vətənpərvər, xalqını, Vətənini sevən gənclər, 62,1 faizini isə qadınlar təşkil edir. Bütün bunlar Gəncə sakinlərinin partiyanın bu gününə və gələcəyinə olan inamın göstəriciləridir. Partiya sıralarına gələnlərin əksəriyyətinin gənclər olması Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin xalqımızın bütün təbəqələrinin, xüsusən gənclərin arasında yorulmaz fəaliyyəti, misilsiz xidmətləri ilə daha böyük inam və etibar, hörmət və nüfuz qazanmasını təsdiq edir. Bu ondan xəbər verir ki, Azərbaycan gəncliyi öz potensial imkanlarını ortaya qoymaq üçün bu partiyada meydan görürlər.

YAP Gəncə şəhər təşkilatının üzvləri monolit birliyi, sosial bazası və yüksək intellekti olanYeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşib, müstəqil Azərbaycanın çiçəklənməsi və tərəqqisi naminə əzmkarlıqla fəaliyyət göstərirlər.

İnanırıq ki, Yeni Azərbaycan Partiyasının keçdiyi 27 illik şərəfli tarixi yol əbədi olacaq və partya ölkəmizin qüdrətinin artırılmasında öz dəsti-xətti, imzası ilə yeni töhfələrini xalqımıza ərməğan edəcək.

Cəmiyyətimizin ən ləyaqətli və şərəfli nümayəndələri sayılan partiyamızın üzvlərini, bütün Azərbaycan xalqını əlamətdar gün münasibəti ilə təbrik edirəm!

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO