Siyasi 05.12.2024 08:05

Deputatdan təklif: “Qərbi azərbaycanlı qaçqınlar “vətən qaçqını” adlandırılsın”

“Ümummilli Lider Heydər Əliyevin 30 sentyabr 1998-ci ildə imzaladığı Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun Qərbi Azərbaycana ləyaqətli və təhlükəsiz qayıdışın təmini üçün hüquqi əsas yaradan mühüm qanunvericlik aktlarındandır. Belə ki, həmin qanunun 5-ci maddəsində Azərbaycan Respublikasının vətəndaşları sayılan şəxslər arasında “1 yanvar 1988-1 yanvar 1992-ci illərdə Azərbaycana gələrək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş qaçqınlar” qeyd olunur. Haqqlı olaraq qaçqınlar və məcburi köçkünlərin statusu hüquqi baxımından fərqləndirilir. Həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində qeyd olunur ki, “Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər.”

Rakus.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

Onun sözlərinə görə, vətəndaşlıq haqqında qanunun bu maddəsi beynəlxalq hüquqla da uyğunluq təşkil edir: “1948-ci il BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi də hər kəsin, öz ölkəsi də daxil olmaqla, istənilən ölkədən çıxmaq və öz ölkəsinə qayıtmaq hüququnu tanıyır. Qaçqın ümumi ifadədir, həmin illərdə, 1988-1991-ci illərdə və sonradan müxtəlif ölkələrdən, (məsələn, Gürcüstan, Özbəkistan, Əfqanıstan, Ukrayna və s.) gəlmiş qaçqınlar var. Azərbaycanın suverenliyinin tam bərpasından sonra yaranmış yeni hüquqi və siyasi şəraiti nəzərə alaraq, Ermənistandan qovulmuş qaçqınlar qanunvericilikdə fərqli ad və hüquqi statusla qeyd edilə bilərlər. Dünya prakstikasına nəzər salsaq Almaniya təcrübəsində bu mövqeyi əsaslandıran fakt olduğunu görə bilərik”.

Millət vəkili qeyd edib ki, İkinci Dünya Müharibəsindən sonra Şərqi və Cənub-Şərqi Avropadan Almaniyanın Qərb dövlətlərinin nəzarətində olan işğal zonalarına və daha sonra 1949-cu ildə yaradılmış Almaniya Federativ Respublikasına gələn almanlar müxtəlif hüquqi statuslara malik olmuşlar:

“Məcburi köçkünlər və qaçqınlar haqqında federal qanununa (BVFG) əsasən, məcburi köçkünlər (Vertriebenen), vətənindən məhrum olunanlar və ya vətən qaçqınları (Heimatvertriebenen), Sovet zonasından olan qaçqınlar (Sowjetzonenflüchtlingen) və sonradan gələn mühacirlər (Spätaussiedler) arasında fərq qoyulur.

Şərqi Avropa regionlarından olan alman qaçqınlar ümumiyyətlə məcburi köçkünlər kateqoriyasına aid edilir. BVFG-yə əsasən həmin məcburi köçkünlər və vətən qaçqınları (vətənindən məhrum olunanlar) İkinci Dünya Müharibəsi nəticəsində yaşadıqları yerdən, daha doğrusu vətənlərindən qovulmuş və ya deportasiya olunmuş alman vətəndaşları və ya alman mənşəli şəxslərdir. Məcburi köçkünlər 1937-ci ilin 31 dekabr tarixinə olan sərhədlərə əsasən Almaniyanın şərq bölgələrində və ya göstərilən sərhədlərdən kənarda yerləşən alman yaşayış məntəqələrində yaşamış şəxslərdir (Volksdeutsche)”.

R.Nəbiyev sonda vurğulayıb ki, Qərbi Azərbaycan əsilli şəxslər, yəni Ermənistan SSR-dən 1988-1991-ci illərdə güc tətbiqi şəraitində və beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa zidd olaraq qovulan azərbaycanlı qaçqınlar müvafiq Azərbaycan Respublikasının qanunvericilik aktlarinda “qaçqın” olmaqla yanaşı, “Vətən qaçqını” kimi göstərilə bilər: “Bu dəyişikliyin uzun müddətli nəticələrindən biri, qayıdış təmin edilərkən varislik məsələsinin həlli asanlaşdıra bilər. Belə ki, vaxtı ilə Ermənistandan güc tətbiqi şəraitində qovulan və hazırda Azərbaycan Respublikası vətəndaşlığına malik olan şəxslərlə yanaşı, onların övladları da “vətən qaçqını” statusu ilə qayıdış hüququna malik şəxslər kimi qeydə alına bilərlər. Bu hüquqi status ikinci və sonrakı nəsil qaçqınlara öz tarixi yaşayış məskənlərinə qayıdışın təmini zamanı hüquq əsas kimi yardım edə bilər”.

XƏBƏR LENTİ
Gündəm, Siyasi / 05.12.2024 17:31
Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransın ilk günü – YENİLƏNİB - FOTO
Siyasi / 05.12.2024 16:56
İbrahim Bayramov: “Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq”
Siyasi / 05.12.2024 14:10
İrəvanın götürəcəyi öhdəliklər – ANONS
Gündəm / 05.12.2024 09:24
İlham Əliyev Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Siyasi, Sosial / 05.12.2024 08:05
Deputatdan təklif: “Qərbi azərbaycanlı qaçqınlar “vətən qaçqını” adlandırılsın”
Elm və təhsil, Mədəni / 04.12.2024 22:39
“Saxta erməni tarixi uydurmaq üçün İrəvan türklərinin mədəni irsini dağıtdılar” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 04.12.2024 13:33
“Çar Rusiyasının İrəvan siyasəti” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.12.2024 22:29
Ayazlı saray, Ayarlı, Ayaslı, Ayğırgöl, Ayğırgöl – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Mədəni / 03.12.2024 18:30
“Sovet dərsliklərində heç vaxt İrəvan xanlığının adı çəkilməyib” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.12.2024 14:22
Ermənistan parlamentinin Ayarlı qərarı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Mədəni / 03.12.2024 13:12
İrəvan memarlığının incisi necə məhv edilib – ANONS - VİDEO
Dünya, Siyasi / 03.12.2024 11:14
Gürcüstan inqilab astanasında - FOTO - VİDEO
Müsahibə / 02.12.2024 21:41
“SSRİ dövründə 20 min km² Azərbaycan ərazisi Ermənistana qanunsuz verilib” - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 02.12.2024 13:44
Manqurt – şüursuz kölə nəzəriyyəsində Çingiz Aytmatov ucalığı – Qoşqar Vəli yazır
Mətbuat, Siyasi / 01.12.2024 17:41
Paşinyanın müharibə planına “Tbilisi” baryeri - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 30.11.2024 20:45
“Qərbi Azərbaycanda qışa hazırlıq adətləri və mərasimləri” - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 30.11.2024 14:52
“Qışda düyü yeyilmirdi…” – ANONS - VİDEO
Siyasi, Sosial / 29.11.2024 22:07
“Səsyazma studiyasından Zeynəb Xanlarovanın kasetini almağa imkan vermədilər” - FOTO - VİDEO
Mətbuat, Siyasi / 29.11.2024 17:50
Cənubi Qafqazda kölgə oyunu - FOTO - VİDEO
Siyasi, Sosial / 29.11.2024 13:33
“Kruqlaya Şişkadan uzanan qaçqınlıq yolu” – Vüqar Hacıyevin “Həyat Hekayəsi” - VİDEO
Siyasi, Təhlil / 28.11.2024 22:40
Paşinyan Qərbi Azərbaycanla “Qərbi Ermənistan” iddiasını niyə eyniləşdirir? - FOTO - VİDEO
İdman / 28.11.2024 17:59
Yeddi yaşlı Miryusifin Tbilisidə karate uğuru - FOTO
Siyasi, Sosial / 28.11.2024 15:58
Qayıdış hüququ mövzusunda 2-ci beynəlxalq konfrans keçiriləcək
Siyasi, Təhlil / 28.11.2024 14:34
Azərbaycanlılar qayıdır – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 27.11.2024 22:26
“Rusiya iki türk imperiyaları Osmanlı və Qacarlar arasında erməni bufer zonası yaratdı” - FOTO - VİDEO
Elm və təhsil / 27.11.2024 15:11
“Könüllü kimi ilk fəaliyyətim COP29-da başlayıb” – Aişə Yaqubova - FOTO