Möhsüm Aslanov görüşlərini davam etdirir - FOTO
Bu il fevralın 9-da keçriləcək Milli Məclisə seçkilər üzrə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Möhsüm Qədir oğlu Aslanov dəyərli seçiciləri ilə görüşlərini davam etdirir.
Rakus.az xəbər verir ki, Möhsüm Aslanov keçirdiyi görüşləri barədə belə yazır:
Zurnabad kənd sakinlərinin ehtiramı
“Əziz dostlar, seçicilərlə növbəti görüş yolumuzu vaxtilə rəhmətlik babamın, nənəmin yaşadığı Gəncə qəsəbəsindən saldıq. Bizi isti nəvazişi ilə qarşılayan Büllur nənənin evində olduq, ruhumu oxşayan odun sobasının istisinə qızındıq. Bu qəsəbədə yaşayan döğmalarla fikirlərimizi bölüşüb, gələcək haqqında arzularımızdan danışdıq. Qəlbləri Vətən nisgili ilə döyünən Zurnabad kəndinin sakinləri ilə görüşümüzdə qarşılıqlı hörmət və ehtiramla yadda qaldı. Orta məktəb müəllimi Sübhan Qurbanovun barəmdə söylədiyi xoş və səmimi sözlər çıxdığım bu yolda üzərimə ikiqat məsuliyyət qoydu”.
Topalhasanlı sakinlırinin sevgisi
Əziz dostlar, 101 saylı Göygöl -Daşkəsən seçki dairəsinə aid ən böyük kəndlərdən biri olan Topalhasanlı sakinlıri ilə görüş də yüksək əhval ruhiyyədə keçdi. Qədim tarixə malik olan Topalhasanlı kəndinin sakinlərinə mənə bəslədikləri doğma münasibətə görə dərin minnətdarlığımı bildirirəm!