Deputatlığa namizədlərlə bağlı yeni QƏRAR verildi
“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”na dəyişiklik edilib.
Rakus.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qərar imzalayıb.
Qərar sənədin 1.2-ci bəndi ilə bağlıdır. Həmin bəndin birinci cümləsində yazılıb ki, namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri verilərkən hər bir imza vərəqəsinin yuxarı sağ küncü dairə seçki komissiyasının möhürü ilə təsdiqlənməlidir.
Qərarla sənədin həmin bəndinə cümlə əlavə edilib ki, imza vərəqələrini götürən namizəd və ya səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoysun.