İdman 31.10.2020 09:34

Dieqo Maradona 60 yaşını qeyd edir - VİDEO

Əfsanəvi hücumçu Dieqo Maradona oktyabrın 30-da 60 yaşını qeyd edir.

Rakus.az xəbər verir ki, Argentinalı “Boka Xuniors”, “Barselona”, “Napoli” klublarında və milli komandadakı çıxışları ilə məşhurlaşıb.

Onun futbol həyatı 10 yaşında Qoyo Karrizo adlı dostu vasitəsilə o vaxtlar “Los Kebollitas” komandasının baş məşqçisi olmuş Fransis Korneho ilə tanış olmasından sonra başlanıb.

“Los Kobollitas” onun çıxış etdiyi müddətdə 136 oyunun heç birində uduzmayıb. 1976-cı ildə “Argentinos Xuniors” klubunda ölkə çempionatı matçına çıxan Maradona 1979-cu ildə keçirilən gənclər arasında dünya çempionatına qatılıb.

Maradona karyerası boyu dörd mundialda çıxış edib. O, 1986-cı ildə Dünya Kubokunu qazanıb. 1990-cı ildə isə onun komandası gümüş medallarla kifayətlənib.

22 iyun 1986-cı ildə argentinalı Dünya çempionatının dörddə bir finalında İngiltərə millisinin qapısına iki qol vurub. Onlardan biri tarixə “Tanrının əli”, digəri isə “yüzilliyin qolu” kimi düşüb.

O, Argentina millisinin şərəfini qoruduğu 91 matçda 34 qol vurub.

Avropada isə Maradona “Barselona”, “Napoli” və “Sevilya” klublarının şərəfini qoruyub.

Maradona 1982-ci ildə o dövr üçün rekord məbləğə – dörd milyon dollara İspaniya “Barselona”sına transfer olub. İki il sonra İtaliya “Napoli”sinə keçən Maradona Neapolda 1991-ci ilədək qalıb.

Ən uzun çıxışı “Napoli”də olan Maradona burada iki dəfə İtaliya çempionu olub, 1989-cu ildə isə UEFA kubokunu qazanıb.

Məşqçi kimi əfsanəvi futbolçu öz vətənində, həmçinin BƏƏ və Meksikada çalışıb. 2010-cu ildə onun rəhbərliyi ilə Argentina millisi Dünya çempionatında dörddə bir finala çıxıb.

Eniş-çıxışlarla, qalmaqallarla zəngin həyatına baxmayaraq, Maradona 2000-ci ildə FİFA tərəfindən braziliyalı Pele ilə birgə XX əsrin ən yaxşı futbolçusu seçilib. Lakin o, təntənəli mərasimdə öz mükafatını aldıqdan sonra Pelenin də təltif olunmasını gözləmədən zalı tərk edib. Futbolçu ertəsi gün verdiyi açıqlamada yalnız özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyi üçün belə addım atdığını bildirib.

Pele isə Maradonanın Argentina millisinə baş məşqçi təyin olunmasını belə şərh edib:

“Güclü və əfsanəvi futbolçular baş məşqçilikdə bir o qədər zəifdirlər”.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi”
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO