Təhlil 06.11.2024 16:46

Dilemmada qalan İrəvan – Bakı və Ankaranın şərtləri – TƏHLİL

Ermənistanın dövlət rəsmiləri yenə saxta sülh açıqlamaları ilə çıxış edirlər.

Ötən gün Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovannisyan rəsmi İrəvanın sülh sazişi layihəsinin tam olaraq razılaşdırılması üçün təkliflər paketini Bakıya göndərdiklərini bildirib: “Biz son təkliflər paketini göndərmişik, Azərbaycan tərəfinin cavabını gözləyirik”.

Bu tip açıqlamalara dəfələrlə aydın cavab verilib. Ermənistan Azərbaycanın şərtlərinə əməl etməsə, sülh sazişinin imzalanması çətin olacaq.

Azərbaycanın irəli sürdüyü şərtlərə aşağıdakılar daxil edilə bilər:

– Ermənistanın təcavüzkar konstitusiyasının dəyişdirilməsi;

– Qərbi azərbaycanlıların pozulan vətəndaş, mülkiyyət və insan hüquqlarının bərpası;

– işğal dövründə Azərbaycana dəyən ziyanın ödənilməsi;

– Ermənistanın 1988-ci ildən 2023-cü ilədək Azərbaycan əhalisinə, Qərbi azərbaycanlılara qarşı törətdiyi cinayətlərə görə üzr istəməsi;

– Torpaqlar işğal altında qaldığı dövrdə dəyən ziyanın ödənilməsi;

– Minalanmış ərazilərin xəritəsinin təqdim edilməsi;

– Azərbaycana qarşı iddialardan imtina olunması;

– Türkiyəyə qarşı ərazi iddiası və saxta soyqırımı iddialarından əl çəkilməsi və s.

Ermənistan və tələm-tələsik sülh sazişinin imzalanmasını istəyənlər bu kimi rəsmi şərtləri nəzərə almadan özünü sülhsevər kimi göstərərək müxtəlif açıqlamalar yayırlar. Rəsmi İrəvan bunu erməni cəmiyyətinə ölkə əhalisini sakitləşdirmək üçün guya şəffaf işlədiyini və beynəlxalq ictimaiyyətə isə mütərəqqi görünməyə səy edir.

Rəsmi İrəvan həm də Türkiyə ilə normallaşma prosesinə başlamaq istəyən tərəf kimi görünməyə çalışır. Bu istiqamətdə də rəsmi Ankaranın Ermənistan hakimiyyəti qarşısında şərtləri var:

– saxta erməni soyqırımı iddiasından əl çəkmək – bu məsələ araşdırmaq üçün tarixçilərin ixtiyarına verilsin;

– Türkiyəyə qarşı qondarma, əsassız ərazi iddiaları irəli sürməmək;

– Azərbaycanla münasibətlərin normallaşması;

– Kommunikasiyaların açılması;

– Ermənistan işğalında olan torpaqların qaytarılması və s.

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Türkiye” qəzetin müsahibəsində sonuncu şərtlə bağlı bunları bildirib: “Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra Türkiyə və Ermənistan arasında münasibətlərdə normallaşma olacaq”.

Türkiyə XİN başçısı Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətdən görülən işləri də alqışladığını vurğulayıb.

Deməli, Türkiyənin Ermənistan qarşısında şərtləri dəyişməzdir. Bu, ölkə ilə əlaqələr və münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından keçir.

15 il əvvəl, 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə və Ermənistan tərəfindən münasibətlərin normallaşması prosesinin başlanmasını özündə ehtiva edən ikitərəfli protokol imzalanmışdı.

Bununla belə, rəsmi Ankara onda da bu prosesin reallaşması üçün beynəlxalq ictimaiyyətə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını şərt olaraq irəli sürürdü.

Rəsmi İrəvanın yürütdüyü işğalçı və təcavüzkar siyasət, mövqe səbəbindən protokolda nəzərdə tutulan məsələlər də reallaşmadı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı bu istiqamətdə çağırış edərək deyib ki, 30 ildən sonra Cənubi Qafqazda sülh və sabitliyə gedən yolun qapıları açılıb: “Azərbaycanın tarixi Zəfərinin yaxın zamanda bir sülh müqaviləsi imzalanmaqla masada da təsdiqlənəcəyini arzulayır və buna ümid edirik”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və XİN başçısı Hakan Fidanın açıqlamaları bir daha göstərir ki, regional sülh, təhlükəsizliyin təmini üçün Ankara və Bakı səylərini davam etdirir. Ermənistan isə bu istiqamətdə ənənəvi pozuculuq fəaliyyətlə məşğuldur. Rəsmi İrəvan Azərbaycan və Türkiyənin şərtlərinə hələ də məhəl qoymamaqla Cənubi Qafqazda destruktiv rol oynayır.

Odur ki, bütün kartlar açıq şəkildə ortadadır, şərtlər də, təkliflər də. Bu şərtlər daxilində Ermənistan üçün əlverişli təkliflər edilib. Ancaq rəsmi İrəvan hələ ki konkret iradə sərgiləyə bilmir.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO