Elm və təhsil 03.10.2019 13:53

DİM imtahan nəzarətçilərinin fəaliyyətini sertifikatlaşdırır

Dövlət İmtahan Mərkəzi imtahanlarda zal nəzarətçisi olmaq istəyən şəxslərin fəaliyyətini sertifikatlaşdıracaq.

Rakus.az xəbər verir ki, DİM-dən  verilən məlumata görə, sertifikat almaq üçün ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hal-hazırda işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), məhkumluğu olmayan,  yaşı 25-45 (cari zal nəzarətçiləri bazasında olanlar üçün 25-55) arasında olan fiziki cəhətdən sağlam Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesi ödənişlidir. İlk olaraq namizədlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq “Şəxsi kabinet” açmalı və qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.

İlkin mərhələdə namizədin sənədləri yoxlanılır və təhsili, fəaliyyəti, iş təcrübəsi və digər məlumatların dəqiqləşdirilməsi ilə bağlı ilkin müsahibə keçirilir. Müsahibənin nəticəsi müsbət olduqda namizəd ümumi intellekt səviyyəsinin və psixoloji vəziyyətinin yoxlanılması üçün nəzərdə tutulan məntiq və psixometrik suallardan ibarət test imtahanına dəvət edilir. Test imtahanının vaxtı və yeri ilə bağlı məlumat namizədin e-poçt ünvanına və ya mobil telefon nömrəsinə göndərilir. Test imtahanında iştirak ödənişlidir və 10 manat təşkil edir. Ödəniş şəxsi kabinet vasitəsilə həyata keçirilir. Namizəd test imtahanında iştirak etmədikdə və ya lazımi nəticəni göstərmədikdə ödəniş geri qaytarılmır.

İlkin test imtahanından uğurla keçən namizədlər təlimlərə cəlb edilir. İntellekt səviyyəsini yoxlayan test imtahanından 40% müsbət nəticə göstərməyən ya psixometrik testlərin nəticəsi məqbul olmayan namizədlər növbəti mərhələyə buraxılmır.

Təlimlər intensiv formada – ikigünlük keçiriləcək. Təlimlərdə iştirak ödənişlidir və 50 manat təşkil edir. Ödəniş şəxsi kabinet vasitəsilə həyata keçirilir. Namizəd təlimlərdə iştirak etmədikdə və ya lazımi nəticə göstərmədikdə ödəniş geri qaytarılmır. Təlimlərin vaxtı və cədvəli qruplar komplektləşdirildikdən sonra namizədin e-poçt ünvanına və ya mobil telefon nömrəsinə göndərilir.

Namizəd təlimləri uğurla başa vurduqdan sonra yekun imtahandan keçir. İmtahandan 60% müsbət nəticə göstərərək uğurla keçənlər Dövlət İmtahan Mərkəzinin elektron nəzarətçilər bazasına zal nəzarətçisi statusu ilə və müvafiq kateqoriya alaraq daxil edilir, 85%-100% nəticə göstərənlər “A”, 85%-dən az nəticə göstərənlər isə “B” kateqoriyalı sertifikat alırlar.

İmtahanlara təyinat zamanı fəaliyyəti sertifikatlaşdırılmış nəzarətçilərə üstünlük veriləcək. “Əməkdar müəllim” fəxri adı alan müəllimlər sertifikatlaşdırma prosesinin müsahibə mərhələsindən, ümumi intellekt səviyyəsinin yoxlanılması üçün test imtahanından və yekun imtahandan, eləcə də nəzərdə tutulmuş bütün ödənişlərdən azaddırlar.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO