Elm və təhsil 03.06.2020 10:50

DİM imtahanla bağlı bəyannaməni çap etdi

Bu gün saat 09:30-a olan məlumata əsasən, 6 və ya 7 iyunda 9 və 11-ci siniflər üzrə buraxılış imtahanı verənlərin 89%-i, Azərbaycan dili imtahanı verənlərin 34%-i, 9‑cu sinif təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin isə 69%-i Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni çap edib.

Rakus.az xəbər verir ki, DİM-in məlumatına görə, abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və imzalanır.

Qeyd edək ki, həmişə olduğu kimi bu ilin (bu ilin) məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər (yəni oxuduqları məktəbin yerləşdiyi rayonun imtahan günündə). Əvvəlki illərin məzunları isə “Şəxsi kabinet”lərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, həmin yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

6 iyunda 9-cu sinif üzrə:

Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə*(I hissə, siyahı) Siyəzən, Xızıda yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı;

Xətai (Bakı), Sumqayıt, Qazax, Şəki, Göyçay, Ağdaş, Qusarda yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı;

Qaradağ (Bakı), Şirvanda 9-cu sinif təhsil bazasından kolleclərə sənəd vermiş cari və əvvəlki illərin, Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Siyəzən və Xızıda isə əvvəlki illərin məzunlarının qəbul imtahanı;

11-ci sinif üzrə:

Xətai (Bakı), Sumqayıt*(I hissə, siyahı), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar, Cəlilabad, Qobustanda yerləşən məktəblərin, həmçinin H.Əliyev adına hərbi lisey və C.Naxçıvanski adına hərbi liseyin şagirdlərinin buraxılış imtahanı;

Qaradağ (Bakı), Şirvan, Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdədə yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı;

7 iyunda 9-cu sinif üzrə:

Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər, Ağdam, Füzulidə yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı;

Nərimanov (Bakı), Abşeron, Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabranda yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı;

Pirallahıda (Bakı) 9-cu sinif təhsil bazasından kolleclərə sənəd vermiş cari və əvvəlki illərin, Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər, Ağdam, Füzulidə isə əvvəlki illərin məzunlarının qəbul imtahanı;

11-ci sinif üzrə:

Nərimanov (Bakı), Abşeron*(I hissə, siyahı), Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabran, Ağsuda yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı;

Pirallahı (Bakı), Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtərdə yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO