Elm və təhsil 31.08.2020 10:26

DİM müsabiqə elan etdi

Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura səviyyəsinə xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə qəbul imtahanları üçün test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması, namizədlərin yazı və danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsi işinə müqavilə əsasında mütəxəssislərin cəlb olunması məqsədilə müsabiqə elan edib.
Rakus.az xəbər verir ki, DİM-in məlumatına görə, müqaviləçi-mütəxəssis doktorantura səviyyəsinə qəbul imtahanlarında xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə test bloklarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması, həmçinin namizədlərin yazı və danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsi üçün aşağıda qeyd olunan funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir:

sifariş əsasında test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını tərtib etmək;

test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını həyata keçirmək;

yazı və danışıq bacarıqlarını yoxlamaq üçün tələb olunan imtahan suallarının tərtibində, həmçinin namizədlərin yazılı imtahan işlərinin və danışıq bacarıqlarının yoxlanılıb qiymətləndirilməsində iştirak etmək.

Doktorantura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün fəlsəfə doktoru və ya daha yüksək elmi dərəcəyə malik olan, yaxud da doktoranturada və ya dissertanturada təhsilini davam etdirən və ya təhsilini başa vurmuş şəxslər müraciət edə bilərlər. Ekspertlər xarici dili mükəmməl bilməli, Microsoft Office proqramlarında işləməyi bacarmalıdırlar. Xarici dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) C1 və C2 səviyyələrinə uyğun sertifikata malik olanlara üstünlük verilir.

Həmin şəxslər test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının məxfiliyini qorumağı öhdələrinə götürməli, nəzərdə tutulan öhdəlikləri keyfiyyətlə və vaxtında yerinə yetirməlidirlər.

Müraciət edənlərin test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası, yazı və danışıq bacarıqlarının qiymətləndirilməsi sahəsində təcrübə qazanmaları üçün DİM tərəfindən müvafiq treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.

İşə götürülənin təyinatı, xidmət haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Bu sahəyə marağı olan şəxslər verilən CV formasını (yüklə) tam şəkildə dolduraraq və xarici dil üzrə sertifikatlarını skan edərək 2020-ci il sentyabr ayının 20-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Doktorantura_elan” yazaraq göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO