DİM şagirdlərə müraciət etdi
Dövlət İmtahan Mərkəzi şagirdlərə müraciət edib.
Rakus.az xəbər verir ki, DİM-in mətbuat xidmətindən verilən xəbərə görə, Mərkəzin “Youtube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir. Bu layihə çərçivəsində buraxılış və qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur.
Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdirilir.
Mərkəz orta ümumtəhsil müəssisələrində dərslərin mart ayının əvvəllərindən dayandırıldığını nəzərə alaraq şagirdlər üçün əlverişli olsun deyə, 2019-2020-ci ilin tədris planında 01.03.2020-ci il tarixindən sonrakı dövrə aid mövzular üzrə hazırlanmış “vizuallaşdırılmış dərs”lərin siyahısını (V-VII sinif) ayrıca təqdim edib.