DİM vətəndaşların qəbulu həyata keçirməyəcək
Buraxılış (qəbul) imtahanlarının keçirilməsi ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda olan regional bölmələrində 10 və 11 iyun tarixlərində vətəndaşların qəbulu həyata keçirilməyəcək.
Mərkəzdən “Report”a verilən məlumata görə, vətəndaşların qəbulu iyunun 12-si və daha sonrakı iş günlərində (imtahan günləri istisna olmaqla) davam etdiriləcək.
Xatırladaq ki, DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.
Vətəndaşlardan yalnız zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur.
Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.