DİN-in Polis Akademiyasında anım mərasimi keçirildi - FOTO
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə bağlı Daxili İşlər Nazirliyində (DİN) Polis Akademiyasında anım mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, DİN-dən verilən məluata görə, əvvəlcə qonaqlar və akademiyanın əməkdaşları ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək Polis Akademiyasında ucaldılmış abidəsi önünə əklil qoyublar.
Mərasim ulu öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin və polis əməkdaşlarının xatirəsinin anılması ilə başlayıb.
Dövlət himni səsləndikdən sonra tədbiri açan rəis, polis general-mayoru Nazim Əliyev ulu öndərin siyasi fəaliyyəti, dövlət idarəçiliyindəki qətiyyəti, cəsarəti, eləcə də çoxşaxəli fəaliyyəti ilə böyük bir məktəb yaratdığını, zəngin irs qoyduğunu, onun ali hakimiyyətə qayıdışından sonra ölkəmizdə siyasi və iqtisadi sabitliyin bərqərar olduğunu, insan hüquq və azadlıqlarının təminində normativ-hüquqi bazanın yaradıldığını, konstitusiyamızın məhz onun rəhbərliyi ilə hazırlandığını, cinayətkarlığın qarşısının alınması istiqamətində mühüm nəticələr əldə edildiyini qeyd edib.
AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov ulu öndərin Azərbaycan tarixinin öyrənilməsindəki əvəzsiz xidmətlərindən danışaraq onun dilimizin qorunması üçün də atdığı addımları, dövlətçiliyimizin siyasi-ideoloji əsaslarını və milli inkişaf konsepsiyasını hələ sovetlər dönəmində yaratdığını, məhz onun rəhbərliyi ilə xalqımızın öz həqiqi dövlət müstəqilliyinə qovuşduğunu xüsusi vurğulayıb.
DİN Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi, general-mayor İlqar Məmmədov ulu öndərin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin ordu quruculuğumuza mühüm töhfə olduğunu deyərək, bugünkü Silahlı Qüvvələrimizin regionun ən güclü ordusu kimi formalaşmasındakı əvəzsiz xidmətlərindən danışıb.
Yeni Azərbaycan Partiyası Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov və digər çıxış edənlər ümummilli lideirimizin siyasi fəaliyyətinin, onun Azərbaycanın inkişafına yönəlmiş ideyalarının bu gün möhtərəm Prezidentimiz tərəfindən uğurla həyata keçirildiyini, ölkəmizin dünya dövlətləri sırasında öz layiqli yerini tutduğunu diqqətə çatdırıbar.
Sonra ulu öndərə həsr olunmuş sənədli film nümayiş olunub.