Gündəm 31.12.2020 17:56

Dini konfessiyalar Azərbaycan Prezidentini təbrik etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və dini konfessiyaların rəhbərləri Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevə məktub göndərib.

Rakus.az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Zati-alinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə səmimi qəlbdən təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizə Uca Yaradandan uğurlar diləyirik.

Möhtərəm cənab Prezident. Dünya azərbaycanlılarının həmrəyliyinə möhtəşəm töhfələr vermiş şəxsiyyət olaraq bu bayramın sevinc və şərəfini ən çox haqq edən məhz Zati-alinizdir. Qürurverici haldır ki, Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının bir ailənin üzvləri kimi mənəvi harmoniya şəraitində yaşamalarını təmin edən multikultural ənənələrimiz dünyanın müxtəlif nöqtələrində yaşayan azərbaycanlıların həmrəyliyi ilə vəhdətdə Azərbaycan dövlətinin qüdrətini sarsılmaz edir. Dünyəvi qanunlar və Uca Yaradanın buyurduqlarına uyğun bu mükəmməl dövlət modelinin müəllifi Sizsiniz, möhtərəm cənab Prezident.

Zati-aliləri, bayramlar bizə xoş fürsət verir ki, Sizin Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinizə görə cənabınıza bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlıqlarını bir daha ifadə edək. Xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini — Vətən müharibəsindəki Zəfərinin qürurunu yaşayır. Tarixi ədalətin bərpası — əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə Müzəffər Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi haqqın, ədalətin təntənəsinə inamı təcəssüm etdirir. Biz fəxr edirik ki, dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz fəxarət anları yaşadan bu Zəfərin müəllifi Azərbaycan xalqının böyük oğlu, müdrik və qətiyyətli dövlət rəhbərimiz Zati-aliləri cənab İlham Əliyevdir. Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəyliyinə və iradəsinə, dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə olaraq Sizin dünya miqyasında apardığınız fəal, inamlı, dərin zəka və dəmir məntiqə əsaslanan siyasət Azərbaycanın haqq işinin davamlı qələbəsini təmin etdi. Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda dalğalandı, məscidlərin minarələrindən Azan səsi ucaldı.

Möhtərəm cənab Prezident, Azərbaycanı qalib ölkə, Azərbaycan xalqını zəfər çalmış xalq yüksəkliyinə qaldıran, Ata vəsiyyətini — Azərbaycan xalqının Ulu Öndərinin iradəsini yerinə yetirmiş Zati-alinizin Azərbaycan cəmiyyətinə bəxş etdiyi Zəfər gününə görə hər bir azərbaycanlının qəlbində özəl yeriniz vardır. Xalqın dəstək və həmrəyliyi, sonsuz məhəbbət və etimadı hər bir siyasət xadiminin arzu etdiyi ən böyük mükafatdır və Siz bunu qazandınız. Bu dəyər və münasibəti, dərin ehtiram və məhəbbəti Siz qalib xalqın müzəffər sərkərdəsi, Qarabağın, Şuşanın fatehi, ədaləti bərpa edən millət qəhrəmanı olmaqla haqq etmisiniz. “Qarabağ Azərbaycandır!” çağırışı ətrafında səfərbər olan Azərbaycan xalqının adını ucaldaraq, siyasi lider olaraq onun ən ülvi arzularını gerçəkləşdirərək adınızı tarixin salnamələrinə həkk etdiniz.

Zati-aliləri, Sizin rəhbərliyinizlə multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycan faşizmə, vandalizmə haqq qazandıran monoetnik Ermənistana qalib gəldi. Azərbaycanın işğal olunmuş torpaqlarında erməni vandalizminin acı nəticələri — vəhşicəsinə dağıdılmış şəhər və kəndləri seyr etmək nə qədər ağır olsa da, Sizin həmin məkanların tezliklə bərpası ilə bağlı nəzərdə tutulan genişmiqyaslı quruculuq işləri barədə qərarlarınız bizi hədsiz sevindirir. Əminik ki, ən qısa zamanda Azərbaycanın Qarabağ torpaqları öz yeni, gözəl görkəmi ilə hər birimizi sevindirəcəkdir. Qarabağdakı dini-mədəni abidələrin aqibəti ilə bağlı Sizin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara haqlı iradlarınızı bölüşür və Allah evlərinin, ibadət məkanlarının yenidən inşa və bərpası ilə bağlı iradə və fəaliyyətinizi ürəkdən dəstəkləyirik. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə bərabər Ağdam məscidini ziyarətiniz hər birimizin qəlbində və dünya ictimaiyyətinin nəzərində uca mənəviyyat örnəyi kimi həkk olundu. Zati-alinizin və Mehriban xanımın yüksək mənəvi dəyərlərin hamisi olduğuna, Azərbaycanda xristian və yəhudi dini abidələrinə ənənəvi olaraq diqqət və qayğı ilə yanaşılmasına bütün dünya şahiddir. Sizin azad edilmiş ərazilərdə məscidlərlə yanaşı xristian və yəhudi dini-mənəvi abidələrinə diqqətlə yanaşmanız Azərbaycanın dünyadakı tolerant imicinin, ali mənəvi dəyərlərə sadiqliyinin, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası əməkdaşlıq prosesində öncül rolunun daha bir təsdiqidir.

Möhtərəm cənab Prezident, Azərbaycandakı bütün dini konfessiyaların dindarları və din xadimləri fəxr edirlər ki, cəmiyyətimizin bütün zümrələri kimi Vətən müharibəsinin ön və arxa cəbhələrində fəal şəkildə öz vətəndaşlıq borclarını və mənəvi missiyalarını yerinə yetirdilər. Azərbaycan bizim Vətənimizdir! Uca Yaradan Vətən uğrunda şəhid olan müxtəlif dinlərə mənsub qəhrəman azərbaycanlılara rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin!

Zati-aliləri, din xadimləri olaraq, Sizin mənəvi baxımdan önəm kəsb edən əməllərinizi qeyd etmək bizim üçün xüsusilə dəyərlidir. Bizə dünya miqyasında tanınmış din xadimlərindən, xarici ölkələrdəki həmkarlarımızdan daxil olan məktublarda Sizin beynəlxalq müstəvidə Azərbaycan dövlətinin adına layiq səyləriniz və dövlətimizin mənafeləri naminə ölkədaxili fədakar fəaliyyətinizlə bağlı gözəl rəylər, təqdiredici məqamlar, Azərbaycanın haqq işinə dəstək nümayişi bizi hədsiz məmnun edir. Azərbaycan dindarları Sizin xalq naminə gördüyünüz işləri yüksək dəyərləndirir, Uca Yaradanın Lütfü, dövlətimizin başçısının rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi hər zaman dəstəkləyirlər. Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım, dini abidələrə dövlət səviyyəsində qayğı və himayə, dini icmalara yardım müdrik siyasətin nümunəsidır. Dini konfessiya rəhbərləri olaraq təmsil etdiyimiz icmalar adından Sizə ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə görə dərin minnətdarlığımızı bildirir, Uca Yaradandan bütün əməllərinizə xeyir-dualar diləyirik. Dualarımız hər zaman Zati-alinizlədir!

Möhtərəm cənab Prezident, ölkə dindarlarının iradəsini ifadə edərək bir daha Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar diləyirik. Ulu Öndərin təsis etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramını bu il biz Zati-alinizin rəhbərliyi ilə ümummilli Zəfər əhvali-ruhiyyəsində qeyd edirik. Arzu və dua edirik ki, Yeni il Azərbaycan xalqının doğma torpaqlara müzəffər Qayıdış ili kimi tarixə daxil olsun, regionda və dünyada yeni nailiyyət və uğurlarımıza vəsilə olsun. O Bir Yaradanımız hər zaman yardımçınız olsun, öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin, Azərbaycanı və bütün Yer kürəsini hifz etsin! Amin!”

Məktubu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr,Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi xristian dini icmasının sədri Robert Mobili imzalayıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO