Direktorların işə qəbulu üzrə imtahan proqramı təqdim olundu
Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçən 2 min 256 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb.
Rakus.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, test imtahanı mərhələsinə hazırlaşan namizədlər imtahan proqramı ilə tanış ola bilərlər.
İmtahan mərhələsi keçirilməzdən öncə müsabiqəyə elektron qeydiyyatın yenidən elan edilməsi nəzərdə tutulur. Müsabiqənin test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə əvvəlcədən məlumat veriləcək.
Xatırladaq ki, müsabiqəyə elektron sənəd qəbulu sentyabtrın 28-dən oktyabrın 5-dək həyata keçirilib. Müsabiqədə iştirak etmək üçün 3251 namizəd elektron qeydiyyatdan keçib, 2479 namizəd elektron ərizəsini təsdiqləyib.