Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun “Aue”dəki taleyinə aydınlıq gəlib.
Rakus.az xəbər verir ki, müqavilənin müddəti uzadılıb.
Nazarov Bundesliqa II təmsilçisi ilə sözləşmənin müddətini 2023-cü ilin yayına qədər yeniləyib. “Aue” onunla yanaşı, Klemens Fandrixlə də anlaşmanı uzadıb.
Xatırladaq ki, Dmitri Nazarov 2016-cı ildən “Aue”də çıxış edir.