Dövlət Komissiyası: Ermənilər 872 əsir və girov götürüb
“Ötən il dekabrın 28-də 1 mülki şəxs və 1 hərbçi Azərbaycana qaytarılıb”.
Rakus.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.
“Bizdə olan məlumata görə, ermənilər tərəfindən 1992-93-cü illərdə 872 nəfər əsir və girov götürülüb. Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın aidiyyatı qurumlarına müraciət edilib. Ancaq onlar bunu təsdiq etməyiblər”, – o bildirib.
Onun sözlərinə görə, hazırda erməni girovluğumda olan 2 Azərbaycan vətəndaşının Vətənə qaytarılması üçün tədbirlər davam etdirilir.
O bildirib ki, indi Ermənistan tərəfində 2 azərbaycanlı mülki şəxs, Azərbaycan tərəfində isə 5 erməni əsilli şəxs saxlanılır: “Həmin şəxslərlə bağlı müvafiq tədbirlər davam etdirilir”.