DQ münaqişəsi ilə bağlı Türkiyə XİN-də müzakirələr aparıldı
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Türkiyə Xarici İşlər Nazirliyində (XİN) nazir müavini Sedat Ünalla görüşüb.
Rakus.az xəbər verir ki, BMTM-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Türkiyə-Azərbaycan münasibətləri, əməkdaşlığın gələcək perspektivləri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
Türkiyə XİN- başçısının müavini bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq gündəmdə saxlanılması çox vacibdir.
BMTM sədri Fərid Şəfiyev Türkiyənin Azərbaycana göstərdiyi dəstək üçün təşəkkür edib. O da çıxışında hər iki ölkənin xüsusilə həssas mövzularda hər zaman bir-birinə dəstək verdiyini ifadə edib. F. Şəfiyev Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi ritorik çıxışlara diqqət çəkərək, Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü kimi buna reaksiyasının çox əhəmiyyətli olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə XİN yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ufuk Ulutaşla da görüşüb. Görüşdə iki beyin mərkəzi arasında əməkdaşlıq məsələləri, o cümlədən ötən ay imzalanmış anlaşma memorandumu çərçivəsində birgə fəaliyyət planı müzakirə olunub.