İdman 15.05.2020 13:34

DTF beynəlxalq yarışlarla bağlı vacib qərarlar verdi

Dünya Taekvondo Federasiyasının prezidenti Cung Von Conun rəhbərliyi ilə videokonfrans üsulu ilə idarə heyətinin yığıncağı keçirilib. Yığıncaqda beynəlxalq tədbir və yarışlarla bağlı vacib qərarlar qəbul edilib.

Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının rəsmi “facebook” səhifəsində məlumat verilib.

Məlumatda qeyd edilib ki, videokonfransda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax da iştirak edib. O, Dünya Taekvondo Federasiyasını idmançıların sağlamlığını prioritet hesab etmək barədə səylərinə görə təşəkkür edib, koronavirus pandemiyasının başlamasından sonra ilk dəfə beynəlxalq federasiyanın iclasında iştirak etdiyini vurğulayıb.

İclasda koronavirus pandemiyası səbəbi ilə əhəmiyyətli beynəlxalq tədbirlərlə əlaqədar ləğv etmə və təxirə salınma qərarları verilməklə yanaşı, bəzi yarışlara ev sahibliyi edəcək ölkələr də müəyyənləşdirilib. Belə ki, qəbul edilmiş qərarlara əsasən taekvondo üzrə yeniyetmələr arasında dünya birinciliyi 2021-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada, gənclər arasında dünya birinciliyi və gənclərin Olimpiya Oyunlarına təsnifat turniri 2022-ci ildə Seneqalın Dakar şəhərində keçiriləcək. Poomse üzrə dünya çempionatı isə 2022-ci ildə Koreya Respublikasının Goyang şəhərində təşkil olunacaq. Həmin il Qran-pri turniri isə İngiltərə, Sinqapur və İordaniya krallığında olacaq.

Təsdiqlənmiş digər qərarlara əsasən, dünya çempionatı, Qran-Pri finalı və Qran-Pri seriyalarının dərəcələri iki pillə yüksəlib. Belə ki, dünya çempionatı üçün dərəcə 12 ilə 14, Qran-Pri finalı üçün 8 ilə 10, Qran-Pri seriyaları üçün 4 ilə 6 arasında dəyişilib.

Pandemiya ilə əlaqədar dəyişikliklər olmasa, assambleyanın növbəti yığıncağının oktyabrda Bolqarıstanın Sofiya şəhərində keçirilməsi nəzərdə tutulur.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO