İdman 04.10.2019 23:18

“Düdelanj” rəhbərliyi qarşısında bəzi şərtlər qoyduq – Qurban Qurbanov

“Oyunda hər şey istədiyimiz kimi alındı. Qələbə qazanmaq və üç xal əldə etmək üçün istəkli idik. Hər şey bizim tərəfimizdə idi. Matçda bir az gərginlik yaşandı. Buna baxmayaraq, sona kimi intizamlı oyun sərgilədik, qalib gəlmək üçün meydanda ən yaxşısını etdik”.

Rakus.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Lüksemburqda “Düdelanj” üzərində 4:1 hesablı qələbə qazandıqları UEFA Avropa Liqasının ikinci tur matçından Vətənə döndükdən sonra deyib.

Təcrübəli mütəxəssis bildirib: Ötən il “Arsenal”la matçdan sonra da müraciət oldu. Dünən UEFA nümayəndələri orada idi. Şifahi şəkildə hamıya etirazlar bildirildi. Bu, elə bir təxribatdır ki, bəlkə də, UEFA məsələ ilə bağlı bizdən daha çox narahatdır. Çünki qurumun bayrağı altında keçirilən turnirdir. Onlar həmişə istəyirlər ki, oyunlarda hər şey qaydasında olsun, komandalar oyunlarını ən yüksək səviyyədə keçirsinlər. Bizim klub rəsmiləri sərt şəkildə etirazlarını bildirdi. “Düdelanj” rəhbərliyinə və UEFA nümayəndələrinə iradlar çatdırıldı. Belə halları dünya futbolunda görmüşük, rast gəlmişik. Amma hər bir halda daha diqqətli olmalı və öz işlərini düzgün qurmağa çalışmalıdırlar. Yazılı formada gələn həftə UEFA-ya müraciət olunacaq. Etirazlarımız göndəriləcək. Bununla klub rəhbərliyi məşğul olacaq”.

Təcrübəli mütəxəssis Lüksemburqdakı görüşə davam etməmək ehtimalından da danışıb: “Oyunu davam etdirdik, amma UEFA nümayəndələri və “Düdelanj” rəhbərliyi qarşısında bəzi şərtlər qoyduq. Hər bir halda idman qaydalarına əməl etməliyik. Düşünürəm ki, istədiyimizi öncə tələb etdik, sonra isə əldə etdik. Oyunu davam etdirə bildik”.

Qurbanov son dəqiqələrdə hücumçu Maqeye Qeyeni oyuna buraxmasına da aydınlıq gətirib: “Bizim belə prinsipimiz var. Görüş boyu nizam-intizamı qoruyub saxlamaq çox çətindir. İlk dəqiqələrdə oyunçulardan nələri tələb ediriksə, sonradan meydana çıxanlar da bunları etməlidir. Durumu daha da yaxşılaşdırmağa çalışmalıdırlar. Bu, bəzən alınır. Məni sevindirən odur ki, oyunçular bunu dərk edirlər. Bacardığımız qədər hücum etmək və qol vurmaq istəyirik. Əlbəttə ki, qol buraxmamaq şərti ilə. Hər an qol da buraxa bilərik. Amma idman prinsiplərinə hər zaman əməl etməliyik. Belə hal bir dəfə də baş vermişdi. Həmişə bu cür halları qorxaqlıq adlandırıram. Belə vəziyyətlərdə insanlıq nümayiş etdirməyə çalışıram. Qələbə qazandığımız üçün çox sevinirik. Komandaya və azarkeşlərə təşəkkürümü bildirirəm”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO