Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Dundalk” – “Qarabağ” ilk oyunu üçün hakimləri müəyyənləşdi.
Rakus.az xəbər verir ki, İrlandiyada “Oriel Park”da oynanılacaq görüşün baş hakimi Polşa Futbol Federasiyasından Bartos Frankovski olacaq. Ona həmyerliləri Marçin Boniek və Yakub Uinkler köməklik edəcək. Dördüncü hakim funksiyasını Daniel Stefanski yerinə yetirəcək.
Xatırladaq ki, “Dundalk” – “Qarabağ” görüşü iyulun 24-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.