İqtisadi 18.06.2020 15:15

Dünya Bankı Azərbaycandakı islahatları yüksək dəyərləndirir – Aydın Hüseynov

Azərbaycan Dünya Bankı ilə 25 ildən artıqdır ki, əməkdaşlıq çərçivəsində geniş və uzunmüddətli davamlı inkişaf layihələrinin həyata keçirilməsində tərəfdaşlıq edir. Ötən illər ərzində müxtəlif iqtisadi proqramların həyata keçirilməsi, struktur islahatlarının dərinləşdirilməsi, sosial-iqtisadi infrastrukturun bərpası və inkişafı, yoxsulluğun azaldılması və digər sahələrdə Azərbaycanın Dünya Bankı ilə səmərəli və uğurlu layihələri icra olunub.

Rakus.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, iyunun 17-də Prezident İlham Əliyevlə Dünya Bankının rəhbərliyi arasında keçirilən videokonfransda səsləndirilən fikirlər bu əlaqələrin daha da inkişaf etməsini təsdiq edir.

Millət vəkili qeyd edib ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi uğurla icra olunub və Dünya Bankı tərəfindən mükafata layiq görülüb:

“Bank tərəfindən rəqabətliliyin artırılmasına, ölkəmizdə yaradılan sənaye parklarına və məhəllələrinə texniki dəstək göstərilib. Regionun ən iri tranzit marşrutlarından olan TANAP-a bank dəstək göstərib.

A.Hüseynov bildirib ki, Azərbaycanın apardığı siyasət, ardıcıl və məqsədyönlü xarakter daşıyan islahatlar beynəlxalq ictimaiyyətin, eləcə də beynəlxalq təşkilatların diqqətindən yayınmır:

“Ölkəmizdə xüsusilə sosial-iqtisadi sahədə icra edilən islahatlar paketi öz mütərəqqi nəticələrini verir və bu nəticələr beynəlxalq qurumların reytinqlərində də öz əksini tapır. Bu baxımdan Dünya Bankını xüsusi vurğulamaq lazımdır. Bank Azərbaycanda aparılan iqtisadi islahatları dərindən izləyərək öz qiymətini verir. Bank tərəfindən hər il dünya ölkələrinin iqtisadi vəziyyəti, həyata keçirilən islahatlar qiymətləndirilir.

Dünya Bankının hazırladığı “Doing Business” reytinqində Azərbaycan hər il irəliləyişlər öz əksini tapır. Sonuncu, “Doing Business 2020” hesabatında Azərbaycan islahatları inkişaf etdirən 20 ölkə sırasında yer alıb. Bu, Dünya Bankının Azərbaycana verdiyi böyük dəyərdir”.

A.Hüseynov qeyd edib ki, Dünya Bankı Azərbaycanda sosial proqramların icrasında da yaxından iştirak edir, ölkəmizdə məşğulluq startegiyasına töhfə verir: “Dünya Bankı hazırda uğurla icra edilən özünüməşğulluq proqramında da donordur, Azərbaycanın yaxın tərəfdaşıdır. Bankın özünüməşğulluq layihəsində ölkəmizə 100 milyon dollar yardım göstərəcək, bu proqramın icrası isə 15 minə yaxın adamın məşğulluğunun təmin edilməsinə səbəb olacaq”.

Millət vəkili bildirib ki, videokonfrans əməkdaşlığın yeni perspektivləri və istiqamətlərini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu görüş Dünya Bankı ilə ölkəmiz arasında yaxın gələcəkdə iqtisadiyyatın sağlamlaşdırılması, uzunmüddətli dayanıqlı artımın təmin edilməsi və yeni çağırışlara uyğun proqramların gerçəkləşməsində mühüm rol oynayacaq.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO