Dünya bazarında neftin qiyməti – STATİSTİKA
Azərbaycan neftinin qiyməti bahalaşıb.
Rakus.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,44 dollar artaraq 70,19 dollar təşkil edib.
Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Dünya birjalarında neftin qiyməti bahalaşır. Belə ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar artaraq 64,61 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,28 dollar bahalaşaraq 59,46 dollar təşkil edib.
“Light” markalı xam neftin bir barrelinin qiyməti son 3 ayda ilk dəfə 60 dolları keçib. “Light”ın qiyməti sentyabrdan indiyədək ilk dəfə 60 dollar/barreldən baha satılır.
Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 65,18 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 60,02 dollara alıcı axtarır.
“Qara qızıl”ın qiyməti son 3 ayın maksimum səviyyəsinə yüksəlib.
Neftin qiyməti ABŞ Prezidenti Donald Trampın Birləşmiş Ştatlar və Çin arasında ticarət sazişinin imzalamasına çox yaxın olduqlarını açıqlaması fonunda son 3 ayın maksimum səviyyəsinə qalxıb. “OPEC plus” üzrə sutkalıq neft hasilatının daha 500 min barrel azaldılması da neftin qiymətinin yuxarı istiqamətli dəyişməsində əsas rol oynayan amildir.
Ekspertlərə görə, bütün bunlar qlobal neft tələbatı baxımından müsbət istiqamətli proseslərdir.
Xatırladaq ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 64 dollardan, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 59 dollardan baha satılır.