Dünya Kuboku Bakıda keçiriləcəkmi?
Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə Dünya Kuboku təxirə salına bilər.
Rakus.az xəbər verir ki, bunu Azərbaycan Atıcılıq Federasiyasının (AAF) vitse-prezidenti və stend atıcılığı üzrə milli komandanın baş məşqçisi Hafiz Cəfərov deyib.
O, Beynəlxalq Atıcılıq İdman Federasiyasından (ISSF) hələlik rəsmi məlumatın gəlmədiyini bildirib: “Hazırda heç bir ölkə yarış keçirmir. Ola bilsin ki, biz də vaxtını dəyişdirək. Biz Dünya Kubokunu təşkil etməyə hazırıq, Atıcılıq Kompleksində hazırlıqla bağlı böyük iş gedir. Lakin hazırda camaat evdən çıxa bilmir. Dünya Kubokunun təxirə salınma ehtimalı da var”.
Onun sözlərinə görə, dövlət hansı tapşırığı versə, ona da əməl edəcəklər: “Belə olacağı təqdirdə, yarışın vaxtını dəyişdirəcəyik”.
Bakıdakı Dünya Kubokunun bu il iyunun 22-dən iyulun 3-dək keçirilməsi nəzərdə tutulub.