İdman 18.11.2020 16:34

Dünya Kubokunda 3 medal qazandı - VİDEO

Noyabrın 11-18-də Perunun təşkilatçılığı ilə keçirilən ağır atletika üzrə yeniyetmələr arasında Onlayn Dünya Kuboku başa çatıb.

Rakus.az xəbər verir Kİ, yarışda 61 ölkədən 399 idmançı (181 qadın və 218 kişi) medal mübarizəsi aparıb. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olub.

102 kq çəki dərəcəsində idmançımız böyük uğur qazanıb. Əli Şükürlü birdən qaldırma hərəkətində 145 kq-ı ram edərək bu hərəkətdə dünyanın ən yaxşısı olub. Təkanla qaldırma hərəkətində 165 kq-ı başı üzərinə qaldıran atletimiz bu hərəkətdə gümüş medal əldə edib. Toplam 310 kq (145+165) nəticə Əli Şükürlü Dünya Kubokunun yekun sıralamasında da gümüş medal qazanıb.

Uğur qazanan Əli Şükürlü uğurlu yarışı barədə təəssüratlarını da bölüşüb: “Bütün çətinliklərə rəğmən, bu medalları qazana bilməyim məni çox sevindirir. Birdən qaldırmada qızıl, təkan və toplamda gümüş böyük nəticədir və pandemiya şəraitində buna nail olmağıma xüsusilə şadam. Hazırlıqlarımız çox çətin keçdi. Sumqayıtda ev şəraitində məşq edirdim, təlim-məşq toplanışlarımız yox idi. Sağ olsun məşqçilərim Ağalar Muxtarov, Oqtay Muxtarov və Emil Əliyev, ruhdan düşməyimə imkan vermədilər.

Mən Qubadlıdanam. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etməsi böyük bir bayram idi. Ata-baba torpaqlarımız geri qayıtdı və biz ərazi bütövlüyümüzü təmin etdik. Mən də bu uğurumu Azərbaycan Ordusuna həsr edirəm! Hər bir əsgərimizə təşəkkür edirəm ki, bizə belə xoş hissləri yaşatdılar. Mən də bir idmançı kimi bu qələbəyə əlavə töhfəmi verə bildiyimə görə şadam. İnanıram ki, uğurlarımız davamlı olacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, dörd gün əvvəl digər idmançımız, Şuşadan olan Murad Əliyev (-67 kq) həm birdən qaldırmaya, həm də toplam hərəkətlərin cəminə görə gümüş medal qazanmışdı.

Turnir qeyri-ənənəvi qaydada təşkil edilir. Dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün deyil. Bu səbəbdən də Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən alternativ variant olaraq onlayn yarış keçirilməsi qərarı qəbul edilib. Belə ki, yarışda iştirakı təsdiqlənən ölkələrin idmançılarının hər biri öz ölkəsində (məkan seçimi sərbəstdir) təyin olunan yarış vaxtında “Zoom” proqramı vasitəsilə qoşulur, hər biri öz yanaşmasını qaydalara uyğun və sıralama ilə yerinə yetirir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO