İdman 01.11.2019 17:41

Dünyanın üçüncüsü olan güləşçilərimiz qayıtdı  - VİDEO

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək (U-23) güləşçilər arasında dünya çempionatında uğurlu çıxış edən sərbəst güləş yığmamız vətənə qayıdıb.

Rakus.az xəbər verir ki, bir qızıl, iki gümüş və iki bürünc medalla komanda hesabında dünya üçüncüsü olan millimizi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Güləş Federasiyasının rəsmiləri, güləşçilər və media nümayəndələri qarşılayıb.

Böyük məşqçi Zəlimxan Hüseynov komandanın çıxışından razı qaldıqlarını dilə gətirib:

“Dünya çempionatında beş medal qazandıq. Bunu çox böyük uğur kimi qiymətləndiririk. Bu çıxışın əsas səbəbi yarışa yaxşı hazırlaşmağımız idi. Dünya çempionatı ərəfəsində həm Bakıda, həm də Mahaçqalada faydalı təlim-məşq toplanışları keçdik. Bunun nəticəsini Budapeştdə gördük. Güləşçilərimiz əzmkar mübarizə sərgilədi”.

18 yaşında U-23 dünya çempionatında qızıl medal qazanan ilk güləşçimiz kimi adını idman tariximizə yazan Turan Bayramov qələbəsini belə şərh edib:

“U-23 dünya çempionatı böyüklər arasında analoji yarışdan sonra ikinci ən böyük turnirdir. Biz bu yarışa çox yaxşı hazırlaşmışdıq. Dağıstanda təlim-məşq toplanışında olduq. Sonra isə hazırlığı Bakıda davam etdirdik. Əlbəttə, rəqiblərim güclü idi.

Ümumiyyətlə, indi dünyada güləş inkişaf edib. “Fransada güləş yoxdur” deyirlər. Amma bu ölkənin təmsilçisi yarımfinala çıxmışdı və mən ona 2:1 hesabıyla qalib gəldim. Yaponlara daha öncə uduzmuşdum. Ancaq finalda sindromu qıraraq dünya çempionu oldum”.

Budapeştdə bürünc medalı boynundan asan Əfqan Xaşalovun fikirləri belə olub:

“Turanın da qeyd etdiyi kimi, dünya çempionatında zəif idmançı yoxdur. İlk görüşdə Kuba güləşçisinə məğlub olsam da, daha sonra Çin və Rusiya güləşçilərinə qalib gələrək bürünc medal qazandım. Bildiyiniz kimi, 57 kq olimpiya çəkisidir.

Məqsədim lisenziya qazanıb, ölkəmizi Olimpiadada təmsil etməkdir. Tokioda isə bayrağımızı yüksəltmək istəyirəm. Üzərimdə əziyyəti olan bütün məşqçilərə, o cümlədən federasiyaya minnətdarlığımı bildirirəm”.

Dünya çempionatında gümüş medal qazanan Əbubəkr Abakarov və Hacımurad Məhəmmədsəidov da çıxış edərək yarışda keçirdikləri görüşlərdən danışaraq, növbəti yarışlarda gümüşü qızılla əvəzləməyə çalışacaqlarını bildirib.

Xatırladaq ki, dünya çempionatında Turan Bayramov (-65 kq) qızıl, Əbubəkr Abakarov (-79 kq) və Hacımurad Məhəmmədsəidov (-86 kq) gümüş, Əfqan Xaşalovla (-57 kq) Davud İbrahimov (-70 kq) isə bürünc medal qazanıb. Yığmamız 111 xalla komanda hesabında dünya üçüncüsü olub.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO