Gündəm 09.12.2019 12:32

DYP sürücülərə müraciət etdi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sürücülərə müraciət edib.

Rakus.az xəbər verir ki, İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər meteoroloji şəraiti nəzərə almaqla avtomobillərini idarə etməlidirlər: “Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmalı, ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq. Şəxsi avtomobildən istifadə edənlər digər günlərə nisbətən daha diqqətli olmalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. Yağışın yağması ilə əlaqədar asfalt səthində, yol örtüyündə sürüşmə ehtimalı yaranır. Ona görə də sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması sürət qutusunun hesabına aparılır. Yol və meteoroloji şəraiti nəzərə alıb sürücülər sürət qutusundan və əyləc sistemindən düzgün istifadə etməlidirlər. Eyni zamanda, sürücülər belə hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar. Həmçinin işıq cihazları da təmiz olmalıdır ki, hər hansı bir manevr edərkən digər hərəkət iştirakçıları onu görə bilsin. Yol və metroloji şərait nəzərə alınmaqla avtomobil elə idarə edilməlidir ki, hərəkətdə olan zaman hər hansı təhlükə yaranarsa sürücü bundan yayına bilsin. Bəzən sürücülər hava şəraiti nəzərə almadan avtomobillərini həmişəki qaydada idarə edirlər. Düşünürlər ki, hər-hansı yol-nəqliyyat hadisəsi baş versə, məsuliyyətə cəlb olunmayacaqlar. Lakin Yol Hərəkəti Haqqında qanunda yol və meteoroloji şəraiti nəzərə almamaqla törədilən qəzalarda sürücülər məsuliyyətə cəlb oluna bilər”.

V.Əsədov belə hava şəraitlərində məsuliyyətə cəlb olunmamaq üçün sürücülər avtomobillərini idarə edərkən asfaltın vəziyyətini nəzərə almalarını, sürət həddini minimuma endirmələrini, ara məsafəsini normadan çox saxlamalarını, bütün diqqət hərəkət istiqamətin olmalarını, avtomobilin bütün texniki xarakteristikasını gözünün önündə canlandırıb, nəqliyyat vasitəsini ona görə idarə etməli olduğunu bildirib: “Əgər, sürücülərimiz bu qaydalara riayət etsə, yollarda baş verən qəzaların sayını minimuma endirmək olar. Sürücülərimizdən bir daha sadaladığım qaydalara riayət etmələrini xahiş edirəm”. (apa.az)

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO