Siyasi 05.08.2020 14:13

Ədalət Vəliyev Kərim Vəliyev ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin görüşü keçirilib.

Rakus.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə müvafiq sahə üzrə görülən işlərdən danışılıb, həyata keçirilən tədbirlər təhlil olunub və ideoloji işlə bağlı planlar nəzərdən keçirilib.

Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Təhlil və Proqnozlaşdırma sektorunun müdiri Tahir Kərimovun iştirakı ilə Azərbaycan Ordusunda ideoloji işin təşkili və həyata keçirilməsinə cavabdeh zabitlər də cəlb edilməklə müvafiq mövzu ilə bağlı işçi qrupun görüşü təşkil olunub.

Tədbirdə Azərbaycan Ordusunda ideoloji işin təşkili və həyata keçirilməsi ilə bağlı müvafiq sahəyə cavabdeh zabitlərin ictimai-siyasi hazırlıq, mənəvi-psixoloji təminat, ictimaiyyətlə əlaqələr, eləcə də digər istiqamətlərə aid hesabat xarakterli məruzələri dinlənilib, prezentasiyalar təqdim olunub, görülən işlər və bu sahədə aparılan işin səmərəliliyinin artırılması üçün nəzərdə tutulan addımlar barədə məlumat verilib.

Toplantıda çıxış edən Tahir Kərimov Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatlar nəticəsində hərbi hissələrin döyüş qabiliyyətinin artdığını, şəxsi heyətin döyüş əzminin, vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının daima yüksəldiyini bildirib.

İdeoloji işin əhəmiyyətindən danışan T.Kərimov xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşmasında tarixi fəaliyyətinin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzda həyata keçirilən islahatların, hərbi xidmətin nüfuzunun yüksəldilməsi istiqamətində görülən işlərin təbliğinin, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin, gənclərin milli dəyərlərə, tarixi ənənələrə bağlılıq ruhunda, Vətənə məhəbbət və  torpaqlarımızın işğaldan azad etməyə daim hazır olmaq hissləri ilə böyüməsinin ideoloji işin əsas istiqamətlərindən olduğunu bir daha diqqətə çatdırıb.

Tədbirdə Ali Baş Komandan İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə hərbi hissələrdə həyata keçiriləcək ideoloji işin istiqamətləri və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, yeni forma və metodlarla bağlı təkliflər müzakirə olunub.

Sonda kreativ ideyalardan, müasir texnologiyalardan, fleşmoblardan, sosial şəbəkələrin imkanlarından daha çevik istifadə etməklə ideoloji işlə bağlı qarşıya qoyulan tapşırıqların icrasına daha təsirli, daha keyfiyyətli nail olmanın yolları haqqında da müzakirələr aparılıb.

Müzakirələr zamanı Müdafiə Nazirliyində ideoloji işlə bağlı görülən işlər və həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO