Siyasi 03.10.2020 15:44

Ədalət Vəliyev siyasi partiya rəhbərləri ilə görüşdü – YENİLƏNDİ

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya rəhbərlərinin iştirakı ilə oktyabrın 3-də Prezident Administrasiyasında “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirilib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən tədbirdə ölkənin siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə, Azərbaycanda yaşanan milli və siyasi həmrəyliyi bir daha nümayiş etdiriblər.

Rakus.az xəbər verir ki, əvvəlcə erməni təxribatı nəticəsində cəbhə xəttində baş verən döyüşlərdə şəhid olmuş hərbçi və mülki vətəndaşlarımızın xatirəsi birdəqiqəlik sükutla anılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından iştirakçıları salamlayan Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev, ölkənin mütləq çoxluğunu təşkil edən siyasi partiyalarının bir araya gəlməsindən və Prezidentin ətrafında olmalarından məmnunluğunu bildirib.

Administrasiyanın rəsmisi çıxışında cəbhədə yaşanan hadisələr, əldə olunan uğurlar, Prezident İlham Əliyevin mövqeyi, diplomatik müstəvidə qazanılan nəticələr, habelə Ermənistan hökumətinin qeyri-adekvat addımları haqqında geniş söhbət açıb.

Bildirilib ki, müasir tariximizin və haqq mübarizəmizin ən məsuliyyətli və ən qürurlu mərhələsini yaşayırıq. Bu günlərdə milli həmrəyliyə xidmət edən hər bir addım və layihə böyük əhəmiyyətə malikdir.

Ölkə ictimaiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli və siyasi həmrəyliyə xidmət edən təşəbbüslərinin şahididir. 2020-ci ildə aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi, ilk çağırışla bu il iyulun 15-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşib və birgə dəstək bəyanatı imzalayıblar. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin təcəssümüdür. “Həmin bəyanat AZƏRTAC vasitəsilə 8 dilə tərcümə edilib, həmçinin dövlətimizin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirliklərinə göndərilib”, – deyə şöbə müdiri Ə.Vəliyev bildirib.

Son bir neçə ay ərzində siyasi dialoqun bərqərar olunmasında, etibarlı münasibətlərin formalaşmasında və siyasi partiyaların fəaliyyəti üçün dövlət tərəfindən göstərilən dəstək haqqında məlumat verən Ə.Vəliyev, mövcud istiqamətdə əməkdaşlığın mütləq davam etdiriləcəyini diqqətə çatdırıb.

Çıxışında parlamentin fəaliyyətinə xüsusi toxunan Ədalət Vəliyev VI çağırış Milli Məclisdə müxalifət partiyalarının təmsil olunmasını ölkəmizdə demokratik münasibətlərin və siyasi dialoqun mövcudluğunu sübut edən əsas göstəricilərdən biri kimi xarakterizə edib.

Sabit siyasi mühitin dəstəklənməsi və siyasi partiyaların bölgələrdə normal fəaliyyətinin təminat olunması üçün şöbə tərəfindən mütəmadi qaydada yerli icra hakimiyyəti başçıları ilə görüşlər keçirildiyi haqqında da məlumat verilib. Qeyd olunub ki, bütün siyasi qüvvələr üçün bərabər şəraitin yaradılması məqsədilə siyasi partiya sədrlərinin fəaliyyətinin təşviqi istiqamətində müvafiq tədbirlər görülür.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və digərləri çıxışlarında bildiriblər ki, Ermənistanın siyasi hakimiyyəti xalqının diqqətini ölkə daxilindəki sosial-iqtisadi problemlərdən, pandemiyanın yaratdığı sosial çətinliklərdən yayındırmaq məqsədilə cəbhədə təxribat törədib. Bu, bir daha göstərir ki, Ermənistan hökuməti 30 ildir sürən münaqişənin həllində maraqlı deyil. Bu məqsədlə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur. Ermənistan baş nazirinin qəbuledilməz bəyanatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi müzakirələrində konstruktiv mövqe nümayiş etdirməməsi, “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatları danışıqların pozulmasında əsas amillərdir.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildiriblər.

Videokonfransın sonunda siyasi dialoqun dəstəklənməsinin ölkəmizdə demokratiyanın inkişafında mühüm rol oynadığını vurğulayan Prezident Administrasiyasının şöbə müdiri Ə.Vəliyev Azərbaycan xalqının ölkə rəhbərliyini daim dəstəklədiyini deyib, həmçinin milli və siyasi həmrəyliyin qorunması üçün bütün lazımi işlərin görüləcəyini vurğulayıb.

Çıxışını dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin “Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik!”, “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” fikirləri ilə bitirən Ədalət Vəliyev siyasi partiyaların rəhbərlərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

12:03

Oktyabrın 3-də Bakıda siyasi partiya rəhbərləri ilə “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” mövzusunda videokonfrans formatında görüş keçirilir.

Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iştirak edir.

Rakus.az xəbər verir ki, görüşdə çıxış edən şöbə müdiri Ədalət Vəliyev sentyabrın 27-də səhər saatlarından Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törətdiyini, düşmənin iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutması nəticəsində cəbhəboyu rayonlarda mülki əhali və hərbi qulluqçular arasında həlak olanların və yaralıların olduğunu bildirib.

Sonra torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olan hərbçilərimizin, həmçinin mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalini, kəndləri, şəhərləri, infrastruktur obyektlərini hədəf alaraq artilleriya atəşinə məruz qoyması beynəlxalq hüquqa ziddir və bu təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır.

Ədalət Vəliyev siyasi partiyaların Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yaymasının milli həmrəyliyi təcəssüm etdirdiyini vurğulayıb, ölkədə siyasi dialoqun bundan sonra da davam etdiriləcəyini bildirib.

Ölkədə siyasi partiyalarla aparılan dialoqun uğurlu nəticələrindən də bəhs olunduğu görüş digər çıxışlarla davam edir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO