Siyasi 22.03.2020 21:00

Ədliyyə Nazirliyi əhaliyə MÜRACİƏT etdi

Əhalinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədi ilə ölkəmizdə COVİD-19 virusu pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

Rakus.az xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri sosial izolyasiya tədbirləri müəyyən edilib, vətəndaşlara kütləvi yerlərdən və qapalı məkanlardan uzaq durmaq tövsiyə olunub, dövlət qurumlarına vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul olunması, mümkün olduğu halda, səyyar xidmətlərin göstərilməsi tapşırılıb.

Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən əhaliyə qeydiyyat və notariat sahəsində göstərilən xidmətlər üçün yalnız təxirəsalınmaz hallarda müraciət edilməsi tövsiyə olunur. Nazirliyin qurumlarına bilavasitə müraciət edən şəxslərə müvafiq xidmətlər, o cümlədən nikahın qeydiyyatı sosial izolyasiya tədbirləri nəzərə alınmaqla göstəriləcək. Bu dövr ərzində təntənəli nikah mərasimləri həyata keçirilmir.

Bildirilir ki, vətəndaşlar nazirliyin rəsmi internet saytının “Vətəndaşlar üçün əlaqə” və “İnteraktiv əlaqə” bölmələri vasitəsilə ədliyyə xidmətləri ilə bağlı müraciət edə bilərlər:

– “Vətəndaşlar üçün əlaqə” bölməsində (http://justice.gov.az/home/contact) nazirliyin, o cümlədən qeydiyyat və notariat orqanlarının əlaqə vasitələri və elektron müraciət forması mövcuddur;

– “İnteraktiv əlaqə” bölməsi (http://justice.gov.az/categories/1035) vasitəsilə isə yaranan sualların onlayn rejimdə cavablandırılması mümkündür.

Eyni zamanda, ədliyyə xidmətlərindən elektron qaydada yararlanmaq üçün nazirliyin elektron xidmətlər bölməsi (www.exidmet.justice.gov.az) fəaliyyət göstərir. Vətəndaşlar e-xidmətlər barədə, o cümlədən vətəndaşın, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxsin fərdi identifikasiya nömrəsi ilə bağlı əlavə məlumatı (012) 525-40-40 telefon nömrəsi vasitəsilə əldə edə bilərlər.

Rəsmi sənədlərin tərcüməsinin notariat qaydasında təsdiqi, habelə xaricdə istifadə edilməsi üçün onlara apostil verilməsi və yaxud leqallaşdırılması üçün hazırlanması və ünvana çatdırılması xidmətlərindən yararlanmaq üçün 24 saat ərzində 050 365 06 58 və ya 051 225 18 08 nömrələrinə telefon və ya whatsapp, yaxud [email protected] elektron poçt vasitəsi ilə müraciət oluna bilər.

Həmçinin, Ədliyyə Nazirliyinin (012) 404-42-64, (012) 404-42-65, (012) 562-91-99, (012) 561-77-04 telefon nömrələri vasitəsilə notariuslarla əlaqə saxlanılmaqla səyyar notariat xidmətlərinin göstərilməsi üçün müraciət oluna bilər.

Xatırladırıq ki, nəqliyyat vasitələrinin idarə olunmasına dair, həmçinin bu ərəfədə istifadə verilmiş vəkillərə verilən etibarnamələrin elektron rəsmiləşdirilməsi xidməti həftənin bütün günləri 24 saat ərzində “Mobil notariat” proqram tətbiqi vasitəsilə həyata keçirilir. Bu xidmətdən faydalanmaq üçün App Store və ya Google Play elektron platformasından həmin proqramı telefona yükləmək kifayətdir. Ətraflı məlumat mobil tətbiqin sosial şəbəkə səhifəsində (facebook.com/mobilnotariat) yerləşdirilib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS