İqtisadi 23.07.2020 14:49

ƏƏSMN: 5 milyona yaxın insan dövlət dəstəyi alıb

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən dəstəklə əhatə olunub.

Rakus.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, qeyd olunanlar pandemiya dövründə Azərbaycanda əhaliyə göstərilən dəstək tədbirlərinin yalnız bir qismidir. Bunlardan əlavə, vergi, sığorta, kredit güzəştləri, aztəminatlı tələbələrin təhsil haqqının ödənməsi üzrə icra olunan paketlər çərçivəsində də 100 minlərlə insana dəstək verilir.

Beləliklə, bu rəqəmlər əsasında aydın görmək olar ki, dövlətin dəstək tədbirləri ölkəmizdə demək olar hər bir ailənin rifahına öz müsbət təsirini göstərib:

1. COVID-19-un məşğulluğa mənfi təsirinin qarşının alınması üçün ilk növbədə muzdlu işçilərin iş yerlərinin qorunmasına ciddi nəzarət olundu, onlara dövlət dəstəyi verildi, maaşlarının davamlı ödənilməsi təmin olundu;

– Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilməkdədir. İxtisarlara yol verilmədi, bütün iş yerləri qorundu;

– Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verildi və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb. Əlavə 110 min əmək müqaviləsi bağlandı ki, bu da elə həmin sayda insanın və ailəsinin rifahına xidmət edir;

– Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırıldı, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub;

2. 2 milyon 300 min insanın pensiya, müavinət, təqaüd, sosial yardım üzrə ödənişləri hər ay vaxtından daha tez ödənildi, pandemiya dövründə bu ödənişlərin davamlılığı təmin olundu;

– 750 minədək insanı əhatə edən sosial müavinət və təqaüdlər son bir ildə orta hesabla 100% artırıldı. Bu ilin 6 ayında bu istiqamət üzrə ötən ilin eyni dövrünə nisbətən 151 mln. manat və ya 46,6% çox olmaqla 475 mln. manat vəsait sərf olundu;

– Son bir ildə minimum pensiya 72,4% artırılaraq 116 manatdan 200 manata çatdırılıb, xüsusi şərtlərlə təyin olunmuş pensiyalar 31% artırılıb, bu iki istiqamət üzrə artım 750 mindən çox pensiyaçını əhatə edib. Əgər pensiyalar vətəndaşların ödədiyi sığorta haqlarının geri qaytarılması prinsipi üzrə hesablansaydı, o zaman 700 mindən çox pensiyaçıların pensiyası 100-110 manat olacaqdı – lakin dövlətin dəstəyi ilə bu məbləğ buğun minimum 233 manat təşkil edir (indeksasiya nəzərə alınmaqla);

– Üstəgəl, bu ilin əvvəlindən indeksasiya nəticəsində 1 milyon 200 min nəfərin pensiyası 16,6%, yəni əvvəlki illərlə müqayisədə dəfələrlə yüksək faiz göstəricisi əsasında artırıldı. Təkcə bu ilin 6 ayında 1,3 mln. nəfərə yaxın şəxsin pensiyaları üçün keçən ilin eyni dövrünə nisbətən 436,51 mln. manat və ya 24% çox, yəni 2 mlrd. 250 mln. manat xərclənib;

– 350 mindən çox üzvü olan 85 min ailənin ünvanlı sosial yardımla təminatı (hər ailəyə orta hesabla aylıq 225 manatdan çox) həyata keçirilib. Bu istiqamət üzrə də 2019-cu ilin eyni dövrünə nisbətən 40,4 mln. manat və ya 62% çox olmaqla, 105 mln. manat ödənilib;

3. Aprel-may aylarında 600 min şəxsə aylıq 190 manat birdəfəlik ödəmə verildi, sonra 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxs təkrar bu ödəməni aldı;

4. 100 minədək ailəyə ərzaq yardımı ilə təmin edildi ki, onlarda 400 minədək ailə üzvü var;

5. Özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin təsərrüfatının qurulması işləri aparılır ki, həmin ailələrdə 50 min ailə üzvü var;

6. 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olunması işləri aparılır.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO