İdman 21.07.2019 09:45

Əfsanəvi ciu-citsu ustası seminar keçdi - FOTO

Məşhur braziliyalı döyüşçü, adı UFC-nin (Ultimate Fighting Championship) Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi iyulun 19-da ölkəmizə gəlib. Heydər Əliyev Hava Limanında onu səfərin təşkilatçıları olan Azərbaycan Ciu-Citsu Federasiyasının, “Qodzilla” qrupun rəhbərləri, həmçinin paytaxtın ən müasir idman klublarından biri olan “Judo Club 2012”nin nümayəndələri və jurnalistlər qarşılayıblar.
Beşqat UFC çempionu iyulun 20-da “Judo Club 2012”də seminar keçib. 100-dən çox idmançı və məşqçinin iştirak etdiyi seminarı döyüş növləri üzrə respublika federasiyalarının rəhbərləri, tanınmış idmançılar, ictimaiyyət və media nümayəndələri izləyiblər.
“Judo Club 2012”nin geniş məşq zalına toplaşanlar dünya şöhrətli UFC və MMA (Mixed Martial Arts) əfsanəsini alqışlarla qarşılayıblar. Azərbaycan Ciu-Citsu Federasiyasının prezidenti Mir-Əli Seyidov və “Judo Club 2012″nin direktoru, Əməkdar məşqçi Hafis Hacıyev, klubun cüdo üzrə baş məşqçisi, Əməkdar məşqçi Tərlan Həsənov Roys Qreysini salamlayaraq tədbiri açıq elan ediblər.
Sonra məşhur idmançı öz bacarıqlarını nümayiş etdirib. O, iki saat ərzində ciu-citsu döyüş sənətinin nəzəri-praktiki məsələrindən danışmaqla yanaşı, müxtəlif döyüş fəndlərinin icrasını göstərib. Seminar məşhur ciu-citsu ustasının çoxsaylı sualları cavablandırması ilə başa çatıb. O özünün döyüş təcrübəsi barədə ətraflı məlumat verib.
Seminar azərbaycanlı məşqçilər üçün faydalı olmaqla yanaşı, məşq zalına toplaşmış çoxsaylı gənc və yeniyetmə idmançıda unudulmaz təəssürat yaradıb.
Tədbirin sonunda “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov, Azərbaycan Ciu-Citsu Federasiyasının prezidenti Mir-Əli Seyidov və “Judo Club 2012″nin baş məşqçisi Əməkdar məşqçi Tərlan Həsənov dünya şöhrətli idmançıya “Judo Club 2012” və Azərbaycan Ciu-Citsu Federasiyası adından qiymətli hədiyyə və xatirə vımpelləri ilə təqdim ediblər.
Seminarın təşkilində göstərdiyi dəstəyə görə Azər Əsgərov Azərbaycan Ciu-Citsu Federasiyasın təşəkkürnaməsinə layiq görülüb. Təşəkkürnaməni federasiyanın prezidenti Mir-Əli Seyidov təqdim edib.
Axırda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdiriblər.
Seminardan sonra əfsanəvi idmançı judoclub2012.az saytına müsahibə verib. İlin 7 ayını səfərlərdə keçirdiyini qeyd edən braziliyalı ciu-citsu ustası Bakıya növbəti gəlişindən məmnun olduğunu bildirərək deyib: “Bu mənim Bakıya ikinci səfərimdir. Ötən il də “Qodzilla” qrupun təşkilatçılığı ilə paytaxtınızda olmuşam. Bu günkü seminarda idmançılara müxtəlif fəndlərin və özünümüdafiənin incəliklərini əyani olaraq göstərdim. Zala çoxlu sayda yeniyetmə və gənc idmançı toplaşmışdı. Azərbaycanda bu idman növü ilə məşğul olan gəncləri görmək çox sevindiricidir. Bu, o deməkdir ki, ciu-citsu idman növü ölkənizdə sevilir və böyük populyarlıq qazanıb. Seminarda yetərincə perspektivli gənc idmançı gördüm. Onlar çalışırdılar ki, hər bir fəndi böyük həvəslə və dəqiqliklə yerinə yetirsinlər. Əminəm ki, bu idmançılar gələcəkdə öz ustalıq səviyyələrini artıraraq daha böyük nailiyyətlər qazanacaqlar. Təbii ki, belə bir yüksək şəraiti olan zalda məşq edən idmançı nailiyyət qazanmaya bilməz. Fürsətdən istifadə edib, seminarın təşkilində və uğurla keçirilməsində əməyi olan hər kəsə, xüsusilə də “Qodzilla” qrupa, Azərbaycan Ciu-Citsu Federasiyasına və seminarı keçirmək üçün bizə belə gözəl şərait yaradan “Judo Club 2012″nin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bu mənim Bakıya sonuncu səfərim olmayacaq və biz yenidən bir daha belə seminarlarda görüşəcəyik”.
Xatırladaq ki, ötən il “Qodzilla” qrupun təşkilatçılığı ilə paytaxtımızın qonağı olmuş məşhur idmançı Azərbaycan Taekvondo Federasiyasının zalında idmançılar üçün seminar keçmişdi.
Məlumat üçün qeyd edək ki, dünya şöhrətli UFC və MMA əfsanəsi, Oktaqonun yaradıcısı, məğlubedilməz braziliyalı ciu-citsu ustası Roys Qreysi bu idman növünün dünyada tanınmasının əsas səbəbkarıdır.

Xanlar Məmmədov

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi”
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO