Müsahibə 11.10.2023 12:16

“Əgər İrəvanda qazıntılar aparılsa, oradan yalnız Azərbaycan izləri çıxacaq” – MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində ilk buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi ictimai xadim, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə olub.

O deyib ki, İrəvana nə qədər erməni yerləşdirilirdisə, ondan daha çox azərbaycanlı çıxarılırdı: “Azərbaycanlılar küçənin ortasında öldürülürdü. Ermənilər uşaqlarını “türklər bizim düşmənimizdir” ruhunda böyüdüblər. Onlar mənim babamı mülkündə məskunlaşıblar. Əgər İrəvanda qazıntılar aparılsa, oradan yalnız Azərbaycan izləri, tarixi çıxacaq”.

Onun sözlərinə görə, azərbaycanlıların yaşadığı torpaqda qondarma soyqırıma abidə ucaldılıb: “1988-ci ildə tamamilə məhv edilən müsəman məscidlərinin sənədlərini saxlamışam. Babamın bütün əmlakını ermənilər zəbt ediblər, 40 otaqdan sadəcə 2 otaq qalır. Ermənilər özləri etiraf edir ki, bu yerlərə gəlmədilər”.

İ.Rizazadə indiki Ermənistanın paytaxtı, qədim oğuz-türk yurdu olan İrəvanın coğrafi-siyasi məkan kimi Qərbi Azərbaycan, eləcə də Azərbaycan üçün böyük məna daşıdığını, bu məkanın həm tarixi şəxsiyyətləri, həm toponimləri, həm də etnik tərkibi ilə məhz azərbaycanlılara, türklərə aid olduğunu bildirib, ermənilərin İrəvana gəlişindən, İrəvan şəhərində çox gerçəkliklərin – vəhşiliklərin, saxtakarlıqların şahidi olduğunu, şovinist hadisələrin İrəvanda daha çox baş verdiyini vurğulayıb.

Ermənilərin zaman-zaman azərbaycanlıları pərən-pərən salıb, türklərə məxsus məhəllə, küçə, abidə və toponimləri məhv etdiyini deyən ictimai xadim ermənilərə öz dillərində müraciət edib.

İctimai Birliyin sədri İrəvanda tarixi məscidlərin, o cümlədən Dəmir Bulaq məscidinin, mülklərin sənədlərini göstərib, bir irəvanlı kimi doğma yurda qayıdacağımıza, orada azərbaycanlıların mühitinin yaranacağına əminliyini söyləyib, Qərbi azərbaycanlıların Vətənə qayıdışının reallığa çevrilməsi üçün aparılan bugünkü siyasəti yüksək qiymətləndirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 10-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

 

XƏBƏR LENTİ
Gündəm / 11.10.2023 13:35
1918-1948-1988-ci illərin acı deportasiya tarixi – ANONS
Müsahibə, Video müsahibə / 11.10.2023 12:16
“Əgər İrəvanda qazıntılar aparılsa, oradan yalnız Azərbaycan izləri çıxacaq” – MÜSAHİBƏ - FOTO - VİDEO
İdman / 11.10.2023 10:23
Turnirə hazırlıq görüşü: “Çəmbərək” – “Loru-Borçalı”- 4:4 - FOTO
Hadisə / 10.10.2023 20:01
Ermənistandakı Azərbaycan qəbiristanlıqlarının taleyi - VİDEO
İdman / 10.10.2023 12:30
Şəhid jurnalistlərin xatirəsinə 2-ci Ənənəvi Futbol Turniri başlayır - FOTO
Müsahibə / 09.10.2023 20:20
“Oğuz xanın məzarı Göyçə gölü ətrafındadır”-MÜSAHİBƏ - FOTO - VİDEO
Elm və təhsil / 08.10.2023 21:35
Azərbaycan məktəblərində Qərbi Azərbaycan tarixi tədris olunurmu? - FOTO - VİDEO
Sosial / 07.10.2023 20:05
Gorusun ən böyük azərbaycanlı kəndi Şurnux - FOTO - VİDEO
Gündəm, Sosial / 06.10.2023 20:01
“Vətənə qayıdanda quruyan bulaqlardan su təzədən gələcək” - FOTO - VİDEO
Dünya, Təhlil / 06.10.2023 16:57
Makronun batan Fransası – böyük dövlətlərin çöküşü – TƏHLİL
Dünya, Təhlil / 06.10.2023 16:05
Səudiyyə Ərəbistanı-İran – baş vermiş olaylara nümunələr – TƏHLİL
Hadisə, Sosial / 06.10.2023 13:19
“Qaçaqaç zamanı itimi açıb buraxdım” – Aydın Əliyevin “Həyat Hekayəsi”- ANONS
Elm və təhsil / 06.10.2023 13:07
Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb - FOTO
Gündəm / 05.10.2023 19:49
Qərbi Azərbaycana təhlükəsiz qayıdışa böyük töhfə - FOTO - VİDEO
Siyasi / 05.10.2023 12:24
Antiterror tədbirləri – Qərbi Azərbaycana təhlükəsiz qayıdış – ANONS - VİDEO
Hərbi / 05.10.2023 12:10
Çar Rusiyasının ilhaq etdiyi Şəmşəddil mahalı - FOTO - VİDEO
Siyasi / 04.10.2023 15:24
Həbs edilən araiklər – separatçı “Qarabağ klanı”nı gözləyən cəza – TƏHLİL - FOTO
Mədəni / 04.10.2023 14:06
Türk düşüncəsi elmi və bədii müstəvidə - FOTO
Hadisə, Sosial / 04.10.2023 13:35
Şəmşəddil mahalı – çarın törətdiyi amansızlıqlar – ANONS
Sosial / 03.10.2023 19:52
Ermənilərin etnik təmizləmə əməllərinin etirafı - FOTO - VİDEO
Təhlil / 03.10.2023 15:23
BMT-də baş tutmayan erməni yalanı – TƏHLİL
Müsahibə, Video müsahibə / 02.10.2023 20:00
“Sülh müqaviləsindən sonra Qərbi Azərbaycana qayıdış mütləqdir” - VİDEO
Sosial / 30.09.2023 20:00
Cildən gətirilən “qara daş”ın möcüzəsi
Hadisə, Maraqlı, Sosial, Təhlil, Video müsahibə / 29.09.2023 19:48
“Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim”
Sosial / 29.09.2023 13:31
“Ermənilər dedilər ki, çıxın, sizi burada məhv edəcəyik” – ANONS
Video müsahibə / 29.09.2023 00:37
Sovet vaxtı azərbaycanlıların soyqırımını əks etdirən 36 cild toplanıb - FOTO - VİDEO