Elm və təhsil 26.12.2019 01:12

Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə sərgi açıldı - FOTO

Azərbaycan İstiqlal Muzeyində ictimai fikir tariximizdə dərin iz qoymuş böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb.

Rakus.az xəbər verir ki, sərgi Azərbaycan Prezidenti İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil edilib.

Sərginin açılış mərasimində Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva görkəmli publisist, ictimai xadim Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam Azərbaycanda tarixi şəxsiyyətlərə göstərilən dövlət qayğısının daha bir təzahürüdür.

O deyib ki, Əhməd bəy Ağaoğlu ilk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında alıb. Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olsa da, təhsilini yarımçıq qoyaraq, Parisdə hüquq məktəbini və Sarbonna Universitetini bitirib. Burada Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənib, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini nəşr etdirib. Daha sonra onun müxtəlif məcmuələrdə digər yazıları da dərc olunub. Əhməd bəy Ağaoğlu 1918-ci ildə xalqın bolşevik-daşnaklara qarşı mübarizəsinə kömək üçün göndərilmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi Azərbaycana gəlib.

Nazir müavini Əhməd bəy Ağaoğlunun milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanındığını söyləyib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Əhməd bəy Ağaoğlunun Azərbaycanın və bütövlükdə türk dünyasının ictimai-siyasi fikir tarixində yeri və rolundan danışıb. Diplomat Azərbaycan və Türkiyənin istiqlalı uğrunda mübarizə aparmış Əhməd bəy Ağaoğlunun hər iki ölkənin dövlət müstəqilliyi uğrunda mübarizədə öndə gedən ziyalılardan biri olduğunu qeyd edib, böyük mütəfəkkirin hər iki ölkənin parlamentinə deputat seçildiyini vurğulayıb.

Əhməd bəy Ağaoğlunun həm Türkiyədə, həm də Azərbaycanda Cümhuriyyət dövründə geniş fəaliyyətinə nəzər salan Xalq yazıçısı Elmira Axundova onun böyük ideoloq olduğunu qeyd edib. O, Əhməd bəy Ağaoğlunun türk xalqlarının milli azadlıq hərəkatında və mədəni yüksəlişində misilsiz xidmətlər göstərdiyini, onun yazdığı əsərlərin bu gün də aktual olduğunu vurğulayıb.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti zamanında yaradılmış “İstiqlal” muzeyinin 100-cü ili münasibətlə “Azərmarka” MMC tərəfindən hazırlanan poçt markasının təqdimatı və ilk gün zərfinin imzalanma mərasimi olub.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə cümhuriyyət tədqiqatçısı Dilqəm Əhmədin şəxsi kolleksiyası və muzeyin fondlarında qorunan 50-yə qədər eksponat nümayiş edilir.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS