Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu koronavirusa yoluxub.
Rakus.az xəbər verir ki, məlumatı Ə.Davudoğlu “Twitter”də paylaşıb.
“Bu gün COVID-19 testimin nəticəsi pozitiv çıxdı. Ümumilikdə vəziyyətim normaldır. Karantin müddəti ərzində partiya ilə bağlı fəaliyyətim evdən davam edəcək”, – keçmiş Baş nazir bildirib.