Ekspert: “Daşınmaz əmlakın sığortalanması üçün yeni elektron sistem iyunun 1-dən işə düşəcək”

Azərbaycanda daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistem iyunun 1-dən işə düşəcək.
Rakus.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosasiyasının (ASA) ekspert qrupunun üzvü Fariz Hacızadə deyib.
O bildirib ki, yeni sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də əmlakın sığortalı olub olmadığına daha yaxşı nəzarət etməyə imkan verəcək.
Türkiyədə baş vermiş zəlzələnin törətdiyi ciddi fəsadlar insanlarımız əmlak sığortasına istiqamatlənməsini sürətləndirdi.
Qeyd edək ki, hazırda Azərbaycanda icbari sığortalar sahəsində ən çox gerilik və boşluq olan istiqamətlərdən biri mənzil və evlərin sığortasıdır.
İndiyədək bu istiqamət sığorta bazarının genişləndirilməsi baxımından vacib sayılırdı, amma fevralın 6-da Türkiyədə baş verən zəlzələ və onun ağır nəticələri, xüsusilə də dağılan evlərin böyük hissəsinin sığortalı olmadığına görə ödəniş almaması riski bu sahədə işləri sürətləndrməyə vadar edib.
Təqribi hesablamalara görə, Azərbaycanda sığortalana bilən 1 milyondan artıq ev var. Orta hesabla qiymətləndirməyə görə, təkcə Bakı şəhərindəki mənzil və evlərin qiyməti 50 milyard manata yaxındır, mümkün zəlzələ baş verərsə, digər nəticələrdə yanaşı, əmlak sahiblərini belə miqyasda zərər də gözləyir.
Ölkədə qeyri-yaşayış (yəni kommersiya) obyektlərinin sığortalı olub-olmamasına nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
Yaşayış evlərinin sığortasına nəzarət isə qanunla rayon icra hakimiyyəti orqanlarına həvalə edilib. Qanuna görə əmlakını sığorta etməyənlərin cərimələnməsi də nəzərdə tutulur, amma indiyədək bu sistemi işə salmaq mükün olmayıb.
Bunun üçün bütün evlər daimi monitoriq edilməli, sığortası olmayanlar tapılmalı və cərimələnməli idi. İcra hakimiyyətlərinin isə buna nə vaxtı, nə həvəsi, nə də resursları var.
Nəticədə evlərin sığortasına nəzarətdə elektron sistem tətbiq etməyi qərara alınıb. Bu üsul avtomobil sığortasında uğurla tətbiq edilib və nəticədə – hazırda avtomobillərin 100 %-nin icbari sığortası var.
Evləri elektron sığortalamaq mümkün olduqdan sonra ikinci mərhələ başlayacaq – yəni sığortasız evləri aşkar etmək sistemi işə düşəcək.
Beləliklə İcra hakimiyyətləri həm ölkədəki «kupçalı evləri» həm də onardan hansının sığorta edilib-edilmədiyini görə biləcəklər. Bu da onlara imkan verəcək ki, sığortası olmayan evlərə kabinetdən çıxmadan elektron şəkildə cərmimə yazılsın. Avtomobillərdə olduğu kimi, sadəcə bu halda sığorta radarı küçələrdə deyil, icra hakimiyytlərinin kompüterlərində fəaliyyət göstərəcək.
Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:
Yanğın, ildırım düşməsi;
Məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
Elektrik naqillərində baş verən qısa qapanma;
Buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və cihazların partlayışı;
Su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, subasma;
Hər hansı predmetin və onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması;
Yerüstü nəqliyat vasitəsinin dəyməsi;
Təbii fəlakətlər: zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, yer sürüşməsi, leysan;
Üçüncü şəxsin hərəkətləri.
Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi, sığorta hadisəsi hesab olunmur:
Sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər.
Sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tədbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;
Hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;
Qrunt sularının səviyəsinin dəyişməsi;
Suyun borulardan və ya rezervuarlardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması
Daşınmaz Əmlakın sığortası ilə bağlı qanun
Daşınmaz Əmlakın icbari sığortası “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin II fəslində nəzərdə tutulmuşdur.
«İcbari Sığortalar haqqında» Qanunun 35.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir (məcburidir).
Sığorta haqları və ödənişləri haqqında məlumat
Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir:
Yaşayış məntəqəsi | Sığorta məbləği | Azadolma | İcbari sığorta haqqı (manat) | Yaşayış məntəqəsi |
Bakı şəhəri | 25 000 | 250 | 50 | Bakı şəhəri |
Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri | 20 000 | 200 | 40 | Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri |
Digər yaşayış məntəqələri | 15 000 | 150 | 30 | Digər yaşayış məntəqələri |
Təqribi hesablamalara görə, Azərbaycanda sığortalana bilən 1 milyondan artıq ev var. Bundan əlavə Bildiyimiz kimi bir müddətdir, Cənab Prezidentin göstərişi ilə Qarabağın bərpa olunması ilə bağlı uğurla işlər həyata keçirilir. Nəticədə, işğaldan azad edilmiş ərazilərimizdə on minlərlə mənzil salınacaq və bu siyasət daşınmaz əmlak sığortasının gələcək inkişafı üçün kifayət qədər geniş imkanlar yaratmış olur.