Ekspert təklif verdi: “Məktəblər sentyabrda açılsın”
Azərbayacanda koronovirus dövründə təhsilin yol xəritəsi təklifi hazırlanıb.
Rakus.az xəbər verir ki, bunun müəllifi Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru Kamran Əsədovdur.
Onun sözlərinə görə, qüvvədə olan qərara görə martın 29-dan aprelin 18-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və ilk dərs günü 20 aprel müəyyən edilib. Amma bu praktik olraq mümkün deyil. Çünki 20 aprel gecə 00-00-a qədər bütün hərəkət məhdudlaşdırılıb. Deməli 20 aprel dərs başlaya bilməz:
“Artıq real addım atmağın vaxtıdır. Yəni Nazirlər Kabineti qərar qəbul edib orta məktəblilərin tədris ilinin sonuna qədər, yəni 14 iyuna dərsə qayıtmayacaqlarını, ancaq 1 sentyabrdan etibarən təhsillərini davam etdirə biləcəkləri barədə qərar qəbul etməlidir. Mümkündür ki, virusun azalmağa doğru getdiyi may ayının sonunda məktəb sənədlərinin tamamlanması üçün işçilər xüsusi qaydalara riayət etməklə növbəli şəkildə 5 gün məktəbə gedib sənədləşmə işlərini həll etsin.
Bunun ardınca isə bütün diqqət buraxılış və qəbul imtahanlarına, eyni zamanda universitet və kolleclərdə semestrin online qaydada başa vurulmasına yönəldilməlidir. Bunun üçün isə yenə də Nazirlər Kabinetinin qərarına ehtiyac var”.
Ekspert mövcud vəziyyətdə atılması zəruri olan addımları da sadalayıb.
Onlar aşağıdakılardır:
1. Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbuluna başlamalıdır. Sənəd Qəbul Komisiyyaları isə online sistemdə fəaliyyət göstərməlidir. 25 apreldən ərizə qəbulu başlamalı və 25 maya qədər davam etmək lazımdır. İndidən bu prosesi həyata keçirmək lazımdır ki, sonradan ərziə qəbuluna əlavə vaxt itirilməsin. Çünki postpandemiyadan sonra bu qədər imtahanı keçirmək üçün çox az vaxt olacaq. Bundan başqa keçən ilki buraxılış imtahanlarının nəticələrinin bu il də qüvvədə olduğunu nəsərə alsaq, artıq bur çox abituriyentin imtahan nəticəsinin olduğunu deyə bilərik. Eyni zamanda sənəd qəbulunu indidən başlamaq lazımdır ki, rus bölməsi üzrə imtahan verəcək abituriyentlərin sayı müəyyən olsun.
2. Orta məktəblərdə dərslər ona görə dayandırılmalıdır ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi bütün məktəblərdə online imtahan və sənəd qəbulunun həyata eçirilməsi üçün lazimi şəraiti qursun.
Bəli, biz online imtahana hazır olmalıyıq. Düzdür, cari il üçün rus bölməsinin abituriyentlərinə Azərbaycan dilindən imtahanın online keçirilməsi nəzərdə tutulur, mən bütün növ, hətta ali və orta ixtisas təhsili müəssisələrinin semestr imtahanlarının, buraxılış və qəbul imtahanlarının da online keçirilməsinin mövcud şəraitdə tərəfdarıyam.
Hər kəs düşünəcək ki, imtahana kənar müdaxilə olacaq, birdə heçdə hər kəsin komputer, telefon və interneti yoxdur. Ona görə də əlçatanlıq təmin olunmayacaq. Məhz bu problem yaranmasın deyə, mən təklif edirəm ki, bütün məktəblərdə kompüter otaqlarında bir neçə kamera quraşdırılmasını və bir ay ərzində bütün məktəblərdə informatika otaqlarının imtahana hazır vəziyyətə gətirilməsini təmin etmək lazımdır. Hər bir şagirdin telefonu, kompüteri, interneti olmaya bilər, amma hər bir şagirdin hər gün getdiyi məktəbi var. Yeni imtahan modelindən – online imtahandan narahat olanlar kimi, bir çox insan 1992-ci ildə test imtahanına keçiddən də narahat idi. Amma müsbət nəticə göz önündədir. İmtahanı DİM keçirirsə, heç bir narahatlığa ehtiyac yoxdur. Bilik obyektiv və şəffaf qiymətləndiriləcək.
3. İmtahanda test tapşırıqları ancaq açıq və qapalı tipli testlərdən tərtib edilməlidir.
4. Məktbələrdə dərslər tamamilə dayandırıldıqdan sonra Təhsil Nazirliyi və DİM təcili olaraq yeni qəbul proqramını elan etməli, IX və XI sinif şagirdləri o mövzulardan buraxılış və qəbul imtahanlarına hazırlaşmalıdırlar. 3 martdan sonra tədrisdə olan, keçirilməli olan, amma keçirilmyən mövzulardan test tapşırıqları tərtib edilməməlidir. Online və virtual keçirilən mövzulardan test tapşırığı tərtib və təqdim etmək olmaz.
5.Tele Dərs və Virtual Məktəb layihəsi bütün il ərzində davam etdirilməli, mütəmadi olaraq keçirilmiş mövzuları monitorinq imtahanları ilə yoxlamaq lazımdır. Daha çox diqqəti Tele Dərsə yönəltmək lazımdır ki, hər bir evdə televizor var və bütün hallarda əlçatanlılıq təmin olunacaq.
6. Ali və orta ixtisas təhsili müəssisələri dövlət imtahanlarını, buraxılış işlərini, diplom işlərini, pedaqoji və istehsalat təcrübələrini 4-cü kurslar üçün ləğv etməli, akademik borcu – ləsri olan 4- cü kurs oğlan tələbələrə güzəştlər etməlidirlər.
7.Bütün ali və orta ixtisas təhsili müəssisələri təhsil alan tələbələrin imtahan giriş balını 50 etməli, imtahanda toplanan balı 17-dən 10-a endirməklə tələbələrin online imtahanlara cəlb olunmasını təmin etməlidirlər. Eyni zamanda imtahan biletləri artıq aprelin sonuna qədər tələbələrə çatdırılmalıdır.
8.Təhsil Nazirliyi müəllimlərin işə qəbulu, yerdəyişməsi, daimiləşməsi, direktor və direktor müavini vakansiyalarına qəbul kimi prosesləri qarfikə uyğun olaraq online sistemdə təşkil etməlidir. Bu gənclərin müasir İKT bacarıqları üçün çox vacibdir. Prosesə indidən başlamaq lazımdır ki, sonradan sıx qrafik ortaya çıxmasın.
9.Birinci sinif rus bölməsinə qəbul üçün müsahibələr online qaydada həyata keçirilməli, prosesin uzanmasının qarşısını almaq lazımdır. Çünki növbəti tədris ili başlayana qədər atrıq şagirdlər siniflərdə komplektləşdirilməlidir. Yay ayında bunun təşkil edilməsi çətin olacaq.
10. Şagirdlərin sinifdən – sinifə keçməsi onların birinci rüb qiymətləri əsas götürlməklə həyata keçirilməli, birinci rübdə qeyri – kafi qiymət alan şagirdlərə minimum qiymət verilib onun sinifdən – sinifə keçməsi təmin edilməlidir.