Futbol üzrə İspaniya La Liqasının 10-cu turu çərçivəsində oktyabrın 26-da keçirilməli olan “Barselona” – “Real” matçı təxirə salınıb.
Rakus.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Buna səbəb Kataloniyada bir neçə gündü davam edən etiraz aksiyalarıdı. İspaniya Futbol Federasiyası “el klasiko”nu qeyri-müəyyən müddətə bağlayıb.
Federasiya “Barselona” və “Real” klublarına vaxtın təyin edilməsi üçün oktyabrın 21-nə kimi möhlət verib. Klublar bu tarixə qədər razılığa gəlməsə, yerli federasiya özü vaxt təyin edəcək.