Elçin Səfərli “İşıq yanan ev” romanı ilə reytinq qazandı - FOTO
Müasir Azərbaycan ədəbiyyatının ən tanınmış simalarından biri, yazıçı Elçin Səfərlinin “İşıq yanan ev” romanı “Forbes Rossiya” jurnalının “İlin ən çox satılan kitabları” siyahısına daxil edilib.
Rakus.az xəbər verir ki, 2019-cu il iyunun 4-də AST nəşriyyatı tərəfindən buraxılan əsər reytinqin doqquzuncu pilləsində qərarlaşıb. Belə ki, həmin romanın 41300 çap və “LitRes”də 1109 elektron variantı satılıb.
Bütövlükdə 12 kitabın yer aldığı reytinqdə birinci yeri yunan yazıçısı Aleks Mikaelidesin “Susqun pasiyent” əsəri tutub. Kitabın bu il 89,4 min nüsxəsi satılıb. İkinci və üçüncü yerləri Rusiya yazıçısı Dina Rubina və norveçli Yu Nesbyo bölüşdürüblər.
Xatırladaq ki, Elçin Səfərli 2008-ci ildən yaradıcılığa başlayıb. “Bosforun şirin duzu” adlı ilk kitabı ona böyük şöhrət qazandırıb.