Siyasi 06.04.2020 21:00

Əli Hüseynli “Milli şura”nın bəyanatına münasibət bildirdi

Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt anti-Azərbaycan qüvvələrə, “beşinci kolon” təmsilçilərinə vəziyyətdən istifadə edib hansısa təxribat törətməyə imkan verməyəcək.

Rakus.az xəbər verir ki, bu fikri Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli “Milli şura”nın bəyanatı ilə bağlı AZƏRTAC-a müsahibəsində söyləyib.

– Əli müəllim, qondarma “Milli şura” belə bir iddia ilə çıxış edib ki, guya Azərbaycan hakimiyyəti koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan ciddi karantin rejimindən siyasi rəqiblərinə qarşı istifadə edir. Siz bununla bağlı nə deyə bilərsiniz?

– Elə “Milli şura”nın bəyanatı və bəyanatın məzmunu bir daha onu göstərir ki, Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində özünü radikal müxalifət adlandıran bu qrupun fəaliyyəti ilə bağlı proqnozlarında tam haqlı olub. Azərbaycan dövlətinin və Azərbaycan xalqının bu qlobal pandemiyaya qarşı tamamilə səfərbər olduğu, bütün cəmiyyətin bu həssas məsələdə birlik nümayiş etdirdiyi bir vaxtda belə bir bəyanatın qəbulu, belə bir davranış yalnız təxribat kimi qiymətləndirilə bilər. Hesab edirik ki, Azərbaycan ictimai fikri də məsələni məhz bu cür dəyərləndirir. Əgər xatırlayırsınızsa, biz bir müddət əvvəl bəzi beynəlxalq təşkilatlar tərəfindən səsləndirilən qərəzli və qeyri-obyektiv bəyanatlarda bunun cücərtilərini gördük. İndi Azərbaycandakı “beşinci kolon” bunu icra etməkdədir.

– “Milli şura” bir sıra şəxslərin məhz bu dövrdə həbs olunması ilə bağlı iddialarla çıxış edir, buna siyasi don geyindirməyə çalışır. Bunu necə dəyərləndirirsiniz?

– Onların səsləndirdikləri bu fikirlər təəccüb və ikrah hissi yaradır. Bilirsiniz ki, koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə inzibati və cinayət qanunvericiliyimizə də dəyişiklik olundu. Bu dəyişikliklər haqqında bütün Azərbaycan vətəndaşlarına vaxtında və operativ şəkildə məlumat verilib və ictimaiyyət bu məsələlər haqqında tam məlumatlıdır. Hamı bilir ki, biz hazırda tamamilə fərqli bir hüquqi rejimdə yaşayırıq. Bu dövr ərzində Azərbaycanda karantin rejimi qaydalarını pozduqarına görə, 3 cinayət işi üzrə 5 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, 75 nəfər inzibati qaydada həbs edilib, 18767 nəfərə inzibati qaydada cərimə tətbiq edilib, 475 nəfərə isə xəbərdarlıq edilib. Onların sırasında iddia olunan bir neçə nəfərin olmasının siyasiləşdirilməsi qeyd etdiyimiz rəqəmlərin fonunda çox məntiqsiz görünür. Bu baxımdan müvafiq qurumlar tərəfindən həyata keçirilən hüquqi tədbirlərin siyasiləşdirilməsinin heç bir əsası yoxdur. Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə hüququn aliliyi tam təmin olunur. Əgər kiminsə əməllərində, fəaliyyətində qanun pozuntusu varsa, qanunsuzluğa yol verirsə, o da mütləq şəkildə qanun qarşısında cavab verməlidir.

Əlbəttə ki, Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt anti-Azərbaycan qüvvələrə, “beşinci kolon” təmsilçilərinə vəziyyətdən istifadə edib hansısa təxribat törətməyə imkan verməyəcək. “Milli şura”nın bu bəyanatı isə bir daha belə bir çətin dövrdə radikal ünsürlərin Azərbaycan xalqı ilə ayrı düşüncədə olmasından xəbər verir.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO